23 
Noy
2022
11:30
15
66
1082
Virtual karabakh

Bir gününüz belə “Apple Watch”suz keçməsin: Yeni saat modellərinə kişilərin və qadınların münasibəti - FOTO

23 Noy, 2022
11:30
1082

Bir gününüz belə “Apple Watch”suz keçməsin: Yeni saat modellərinə kişilərin və qadınların münasibəti - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabr ayında “Apple” şirkəti “ağıllı saatlar” seriyasına “Apple Watch Series 8” və “Apple Watch SE 2” modellərini də əlavə etdi. Bir cütlük yeni məhsulları qeyri-adi şəkildə qiymətləndirmək qərarına gəlib. Qadcetləri müqayisə edərək, onlar kiçik araşdırma aparıb, hər birinin saatdan nə dərəcədə tez-tez istifadə etdiklərini və bu saatların həyatı necə asanlaşdırdığını yoxlayıblar.

Uzun müddətdir “Apple” texnologiyalarının həvəskarı olan Bakur və Marina illik təqdimatları izləmək imkanını əldən vermir və qadcetlərini dəyişmək üçün yeni modellərin bazara çıxarılmasını səbirsizliklə gözləyirlər. Bu dəfə “Apple Watch Series 8” və “Apple Watch SE” modellərinin demək olar ki, eyni vaxtda təqdim olunması cütlüyü kiçik eksperiment aparmağa sövq edib. Eksperimentin mahiyyəti, qadcetdən vaxtı müəyyən etməkdən savayı digər müxtəlif ehtiyaclar üçün istifadə etməkdən ibarət olub.

Apple Watch mənim üçün ən əlverişli qadcetlərdən biridir. O, nə vaxt və saat neçədə nəyin planlaşdırdığını bilən, həmçinin özümü yaxşı hiss etməyimə nəzarət edən şəxsi katib kimidir”, - şirkət sahibi və “işi başından aşan” Bakur deyir. Onun həyat yoldaşı da gününü saatsız təsəvvür edə bilmir. Marina reklam agentliyində işləyir və bu səbəbdən 7/24 əlaqədə olmalıdır.

Marina “boz kosmos” rəngli ikinci nəsil “SE Apple Watch”u bəyənib, Bakur isə vizual olaraq 20% daha böyük olan və paslanmayan poladdan hazırlanmış Apple Watch Series 8i seçib. Saatlar həm də “Always on display” funksiyasına malik olması ilə seçilir. Bunun sayəsində əsas bildirişlər hətta kilid ekranda belə əks olunur.

Marina dərhal saatın kəmərini dəyişib: “Hər halda saat aksesuardır və mənim üçün hər şeyin obraza uyğun olması vacibdir. Yeri gəlmişkən, şadam ki, bütün köhnə kəmərlərim yeni “Apple Watch SE”yə uyğun gəlir. Həyat yoldaşım bu məsələdə daha mühafizəkardır və daha çox dəstdə təqdim edilən kəmərdən istifadə edir, lakin onun xüsusi hallar üçün də bir neçə variantı var”. Daha sonra onlar saatların siferblatlarını öz istəklərinə uyğunlaşdırıblar. Marina incə ekran qoruyucusu seçib və ən çox istifadə etdiyi proqramları quraşdırıb, Bakur isə analoq saatlara və sahibinin sağlamlığına nəzarət edən tətbiqlərə üstünlük verib.

Beləliklə, cütlük və saatları artıq eksperimentə hazırdır.

Səhər saatlar qəhrəmanlarımızı yuxudan oyadıb. Bundan sonra onlar dərhal sağlamlıq göstəricilərini nəzərdən keçiriblər. Apple Watch Series 8 qanda oksigenin səviyyəsini ölçən, yuxunun keyfiyyətini yoxlayan, ürək döyüntüsünün artması və ya azalması barədə sizə məlumat verən, aritmiyaya nəzarət edən üçüncü nəsil optik sensorla təchiz olunub. Bakurda hər şey nəzarət altında, lazım olarsa, onun saatı hətta EKQ belə hazırlaya bilər. “Apple Watch SE bir az daha az imkanlara malik olsa da, ağıllı alqoritmlər bütün ölçmələri dəqiqliklə yerinə yetirir. “Həyat yoldaşımın seçdiyi daxili termometr opsiyası mənə çox xoş gəldi. O, gecə də daxil olmaqla, hər 5 saniyədən bir bədən istiliyini ölçür. Apple Watch Series 8” isə qadınların menstrual dövrlərini izləməyə və hətta hormonal fonu izləməyə imkan verir", - Marina deyir.

Marina işə getməzdən əvvəl saatdan 3 dəfə - zəngli saatı söndürmək, planlarını yoxlamaq və anasının gözlənilməz zənginə cavab vermək üçün istifadə edib.

Bakur isə düz 6 dəfə saatının funksiyalarında yararlanıb: zəngli saatı söndürüb cədvəli nəzərdən keçirməkdən əlavə, o, bir neçə qısa mesaj göndərib, səhər qaçışına çıxıb və nəticələrini tətbiqdə qeyd edib.

Marina gün ərzində “Apple Watch”dan istifadədə həyat yoldaşını üstələyəcəyinə əmin idi: "İş zamanı demək olar ki, hər şeyi “Siri”yə səsli əmrlər verməklə edirəm. Həm də bir vərdişim var ki, e-poçta, mesencerlərə gələn bütün bildirişləri yoxlamaq və onlara “Görüşə tələsirəm”, “Bəyəndim”, “İşim çoxdur" və s. kimi qısa cavablar vermək üçün saatdan istifadə edirəm. 

Elə də oldu. Bakur gün ərzində saatdan 15 dəfə istifadə etdi. O, əsasən e-poçtu yoxlamaq, ismarışlara və ya zənglərə cavab vermək, iş qrafikini tənzimləmək və tərəfdaşla görüş yerinə marşrutu müəyyən etmək üçün saatdan istifadə edir. Marinanın göstəricisi isə bundan 2 dəfə yüksək oldu. O, işlə bağlı məsələlərdən əlavə olaraq, valideynlərinin sağlamlıq göstəricilərini də yoxlamağa imkan tapıb. “Family Setup” funksiyasının köməyi ilə digər saatların bütün lazımi göstəricilərini asanlıqla öz “iPhone”da izləmək mümkündür. O, həmçinin işdən sonra üzgüçülük məşqinə getmək üçün olduğu məkanı həyat yoldaşına göndərib.

Cütlük məşq zamanı saatlardan ümumiyyətlə istifadə etməyib, baxmayaraq ki, hər iki model suya davamlıdır və su idmanı ilə məşğul olarkən taxıla bilər. “Apple Watch Series 8” modeli IP6X su və rütubətdən qorunma standartına malikdir. Bu o deməkdir ki, onlardan hovuzda və ya dənizdə dayaz dalmalar zamanı üçün istifadə edilə bilər.

Məşqdən sonra kafedə şam yeməyi zamanı müəyyən iş məsələlərini həll etmək lazım gəlir ki, bu zaman  şəxsi söhbətlərdən yayınmamaq üçün yenə də hər şey qadcet vasitəsilə tez və asanlıqla edilir.

Ödəniş də beləcə sürətlə həyata keçirilir. Bir əl hərəkəti kifayətdir ki, hər şey hazır olsun. Bunun üçün pulqabında və cibdə pul, yaxud lazımi kartı axtarmaq lazım deyil. Müasir dünyada bunun üçün vaxt yoxdur: hamımız maksimum rahatlığa can atırıq", - Bakur öz fikrini bölüşür.

Nəticə

Gün ərzində Marina “Apple Watch SE”dən ən azı 52 dəfə istifadə edib. O, saatdan razı qalsa da, daha bahalı “Series 8” modelini almaq barədə düşünür: “Məncə, Apple Watch SE” dəbli görünüşə malikdir, optimal ölçüsü isə istənilən biləyə, hətta ən zərif qız biləyinə belə uyğundur. Çox geniş funksiyalara malik bu saat gün ərzində əla yoldaş ola bilər. Orijinal kəmərlərin böyük seçimi sizə saatı idman, gündəlik, romantik, bir sözlə, istənilən obraza uyğunlaşdırmağa imkan verir. Xüsusilə də qızlar üçün bu, çox vacib məqamdır!”.

Bakur isə “Apple Watch Series 8” saatına təxminən 43 dəfə toxunub. Əhəmiyyətli üstünlüklər və təkmilləşdirmələr sırasında sağlamlığa nəzarət etmək üçün təkmilləşdirilmiş proqram təminatını, rahat dizaynı, yeni temperatur sensorunu və əlbəttə ki, “Always On Display” funksiyasını qeyd edərdim. Model xeyli təkmilləşdirilib”.

Rəsmi resellerdən əldə edə bilərsiniz: Alma Store, Kontakt Home, Irshad, Maxi.az, MyShops.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri