23 
Noy
2022
12:05
65
32
866
Virtual karabakh

“Silk Way West Airlines” donanmasını gücləndirmək üçün “GE Aerospace” mühərriklərini sifariş edib

23 Noy, 2022
12:05
866

“Silk Way West Airlines” donanmasını gücləndirmək üçün “GE Aerospace” mühərriklərini sifariş edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Silk Way West Airlines” yeni sifariş olunmuş uzaq məsafəli Boeing təyyarələrini gücləndirmək məqsədilə “GE Aerospace” ilə ümumi sayı on altı olan GE9X və GE90 mühərriklərinin alışı üçün müqavilə imzalayıb. Bununla da dünyanın ən güclü modelləri olan yeni mühərriklər yanacaq sərfiyyatını azaltmaqla Azərbaycan yük aviaşirkətinin dayanıqlılıq məqsədlərinə töhfə verəcək. 

“Silk Way West Airlines” bu yaxınlarda GE9X mühərrikləri ilə təchiz ediləcək iki “Boeing 777-8F” təyyarəsi aldığını elan etdi, həmçinin 2021-ci ilin aprelində sifariş edilən beş “Boeing 777F” təyyarəsi üçün əlavə GE90 mühərrikləri alacaq. Bu sifariş ümumilikdə beş GE9X və on bir GE90 mühərrikindən ibarətdir və daha sonra aviadaşıyıcının yük parkının modernləşdirilməsinə töhfə verəcək. 

GE9X tarixin ən güclü təyyarə mühərriki və GE tərəfindən indiyə qədər istehsal edilən ən səssiz modeldir. Bu, GE90-115B ilə müqayisədə yanacaq sərfiyyatını on faizə qədər azaldacaq və bütün GE kommersiya mühərrikləri kimi, GE9X və GE90 da ekoloji cəhətdən dayanıqlı istənilən aviasiya yanacağı ilə işləyir. Beləliklə, yeni mühərriklər “Silk Way West Airlines”ın əməliyyat göstəricilərini artırmaqla yanaşı, həm də onun yük daşımalarının davamlılığının artırılması strategiyasını dəstəkləyəcək.

İmzalanma mərasimində “Silk Way Group”un prezidenti Zaur Axundov “GE Aerospace” ilə əlaqələrin əhəmiyyətini vurğulayaraq dedi: Biz “GE Aerospace” ilə uzunmüddətli uğurlu əməkdaşlığımızı davam etdirməkdən məmnunuq. Bu müqavilənin imzalanması əlaqələrimizin möhkəmlənməsini əks etdirir. Bunun sayəsində “Silk Way West Airlines” ən yüksək emissiya və səs-küy standartlarına cavab verən daha səmərəli donanma ilə davamlı gələcəyə inamla irəliləyəcək. Biz inanırıq ki, bu tərəfdaşlığın genişlənməsi uzunmüddətli davamlılıq strategiyamıza cavab verməyə, həmçinin ətraf mühitlə bağlı öhdəliklərimizi yerinə yetirməyə və dəyərli müştərilərimizə göstərilən xidmətləri daim təkmilləşdirməyə kömək edəcək”. 

“GE Aerospace”in Kommersiya Mühərrikləri Əməliyyatları prezidenti və baş direktoru “Keti MakKenzi” dedi, “GE9X mühərriki öz sinfində bənzəri olmayan performans və yanacaq səmərəliliyinin kombinasiyasını təklif edir. Biz “Silk Way West Airlines” ilə əlaqələrimizi gücləndirməkdən qürur duyuruq, çünki onlar öz donanmasını yük əməliyyatları üçün modernləşdirməyə davam edirlər”. 

“Silk Way West Airlines” şirkəti haqqında 

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir “Boeing 747-8F” və “747-400F” yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən “Silk Way West Airlines” 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün “Boeing” ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə Airbus ilə iki A350F yük təyyarəsinin alınması alınması barədə razılığa gəlib. Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir. 

“GE Aerospace” şirkəti haqqında 

“GE Aerospace” qlobal xidmət şəbəkəsinə malik kommersiya və hərbi təyyarələr üçün reaktiv mühərriklər, komponentlər və sistemlər üzrə dünyanın aparıcı təchizatçısıdır. “GE Aerospace” və onun birgə müəssisələri 39.000-dən çox kommersiya və 26.000-dən çox hərbi təyyarə mühərriki bazasına malikdir və bu biznes aviasiyanın gələcəyinin formalaşmasında mühüm rol oynayır.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri