24 
Noy
2022
10:00
9
65
794
Virtual karabakh

“Cubics BMS” sisteminə keçid çox asandır - 4 SƏBƏB + FOTO

24 Noy, 2022
10:00
794

“Cubics BMS” sisteminə keçid çox asandır - 4 SƏBƏB + FOTO

Əgər Siz özünüz və ya şirkətiniz üçün “Cubics” həllini yeni il hədiyyəsi olaraq əldə etmək istəyirsinizsə, demək ki, doğru seçim etmək üzrəsiniz. İlk baxışdan başqa bir ERP sistemindən “Cubics” həllinə keçid hədiyyədən çox kabusa bənzəyə bilər, lakin Sizə şad xəbərimiz var: keçid prosesi təxmin etdiyinizdən çox asandır.

Sadəcə https://cubics.technology/ saytına daxil olun, sorğu formasını doldurun və “Cubics” komandasına etibar edin. Bundan sonra Sizin istəklərinizə uyğun hazırlanacaq yeni ERP sisteminin tərtibat prosesi başlayacaqdır. “Cubics” sisteminə keçid almaq istəyənlərlə bu prosesin nə qədər asan baş tutacağının 4 səbəbini bölüşmək istərdik.

Məlumatların köçürülməsi bir klik ilə

Cubics BMS” məlumatları köhnə ERP sistemindən dəqiq şəkildə ötürmək üçün Sizə lazım olan bütün imkanları yaradır. Müəyyən məlumatlar köhnə proqram təminatından ixrac edildikdən sonra, məsələn, *.csv və ya *.xlsx faylı kimi, Siz məlumatların idxalı prosesini özünüz həyata keçirə bilərsiniz və ya bu işi “Cubics” ekspertlərinə həvalə edə bilərsiniz.

CRM olmadan ERP olmaz

CRM istənilən şirkətin döyünən ürəyidir. “Cubics BMS”​ sisteminə keçid alırsınızsa köhnə sistemi tamamilə unutmalı deyilsiniz. “Cubics” ilə rəqəmsal transformasiya qərarı verdikdən sonra köhnə CRM üzrə istənilən məlumat ötürülə bilər:

- Əlaqələr,

- Şirkətlər,

- Telefon nömrələri,

- E-poçt ünvanları,

- Münasibətlər və təkliflər tarixçəsi və s.

Bundan əlavə, “Cubics” Sizə əlavə məlumatları toplu və ya fərdi şəkildə əlavə etməyə imkan yaradır.

Anbar yeni “evdə”

Köhnə sisteminizə artıq bütün məhsul və xidmətləri əlavə etmisiniz və onları necə köçürəcəyinizi bilmirsiniz? Narahat olmayın! “Cubics” köməyinizə çatar.

“Cubics” komandası biznes prosesləri haqqında ətraflı məlumat əldə etmək və texniki tapşırığı yaratmaq üçün “Workshop”-lar keçirərkən, Siz də öz növbənizdə məhsul və xidmətlərin köhnə sistemdən ixraca hazırlanması üçün optimallaşdırılma işlərinə başlaya bilərsiniz. Məhsul və ya xidmətlərin sayı və ya yaddaş həcminin kifayət qədər olması barədə narahat olmayın. “Cubics” Sizə lazımi qədər yaddaş təqdim edir və bu da o deməkdir ki, Siz istədiyiniz qədər məhsul-xidməti yükləyə bilərsiniz.

İnteqrasiyanın gücü

Cubics” asan inteqrasiya edilə bilən sistemdir. Əgər hər hansı səbəbdən müxtəlif biznes proseslərinin müvəqqəti olaraq köhnə ERP sistemindən idarə edilməsi labüddürsə, o zaman əsas göstəricilər və hətta bütün məlumatlar “Cubics BMS” sisteminə inteqrasiya edə bilər. Bunun sayəsində Siz bütün biznesinizi 1 sistemdən idarə edə biləsiniz. Beləcə, bir tərəfdən “Cubics” peşəkarları Sizin üçün lazım olan sistemi tərtib edəcək, digər tərəfdən isə köhnə proqram təminatı müvafiq biznes proseslərinizi davam etdirəcəkdir. Nəticədə, bütün bu proses biznes idarəetmə sistemləri arasında uğurlu və hamar keçidi ilə yekunlaşacaqdır.

Daha çox məlumat əldə etmək üçün: https://cubics.technology/

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri