25 
Noy
2022
12:00
38
104
3227
Virtual karabakh

“Rabitəbank”dan YENİLİK: Bir kliklə kredit al, pul kartına gəlsin - MÜSAHİBƏ + FOTO

25 Noy, 2022
12:00
3227

“Rabitəbank”dan YENİLİK: Bir kliklə kredit al, pul kartına gəlsin - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rabitəbank” ın Riteyl Bankçılıq departamentinin direktoru Fəxri Bağıyev “Rəqəmsal Kredit”lərlə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.

- Bankınızda onlayn kreditləşmə barəsində məlumat verməyinizi istəyərdik. Müştərilərin rahatlığını təmin etmək üçün hansı tədbirlər görülüb?

- Bankımız onlayn bank xidmətlərinin miqyasını genişləndirmək məqsədilə daim yeni xidmət üsulları tətbiq edir. Biz müştəri məmnuniyyətini qorumaq və keyfiyyətli bank xidməti göstərilməsini daim diqqət mərkəzində saxlamaq üçün bank sektorunda yeniliklərin tətbiqinə hər zaman önəm veririk. Bu istiqamətdə bir çox tədbirlər görülüb.

Belə ki, “Kartmane” kartının müştərilərin ünvana pulsuz çatdırılma xidməti tətbiq olundu. “Rabitəbank”dan əməkhaqqı alan müştərilər üçün “Avans” krediti məhsulu yaradıldı. Hansı ki, bu məhsulu bir dəfə aktivləşdirməklə, müştərilər istənilən vaxt pula ehtiyac duyduqları zaman əməkhaqqını gözləmədən “Avans” kreditindən istifadə edə biləcəklər.

Bundan başqa, “Rabitəbank”ın mobil tətbiqi olan “Rabita Mobile” vasitəsilə krediti banka gəlmədən əldə etmək üçün “Rəqəmsal Kredit” prosesinə start vermişik. Məhsullarla yanaşı, mövcud onlayn nağd pul krediti məhsulumuzda da, yenilik yaratmışıq.

Məlumdur ki, müştərilər daim aşağı faiz, güzəştli şərtlər və rahat xidmət axtarışındadırlar. Bunu nəzərə alaraq artıq, güzəştli faiz seçimini tamamilə müştərinin seçiminə buraxırıq. Məhsul paketimizə daxil olan 12%, 13%,14, 15% və 16% faizdən hər hansı birini müştərilər özləri seçə bilər.

- Hazırda bankın istehlak kreditləri üzrə satışın neçə faizini onlayn kreditlər təşkil edir?

- Hazırda bankın istehlak kreditləri üzrə satışının 40%-ni onlayn kreditlər təşkil edir. Onu da qeyd edim ki, gələn il bu göstəricini iki dəfə artırmağı hədəfləmişik. 

- Son günlər sosial şəbəkələrdə və cəmiyyət arasında “Rəqəmsal Kredit” və ya mobil tətbiqlə kredit əldə etməyin üstünlükləri barədə çox eşidirik. Bu barədə nə deyə bilərsiniz? “Rəqəmsal Kreditləşmə” nədir?

- “Rəqəmsal Kreditləşmə” “Rabitəbank”ın mobil tətbiqi vasitəsilə sürətli kredit rəsmiləşdirilməsi prosesidir. Bu kredit müştərilərin maksimum rahatlığının təmin edilməsinə yönəlib. A-dan Z-yə onlayn olan bir kreditləşmə növüdür. Müştərilər Banka yaxınlaşmadan “Rabita Mobile” tətbiqi vasitəsilə krediti yerindəcə əldə edir. Bank sektorunda sağlam rəqabət mühitinin yaradılmasında müasir dövrün tələblərindən biri bank xidmətlərinin fasiləsiz fəaliyyətini təmin etməkdir.

Müştəri mobil tətbiqlə krediti əldə etdikdə, müştəri komfortu təmin edilməklə bərabər bankın qazandığı vaxtla digər müştərilərinə daha üstün xidmət şansı verir. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir vaxtda biz “Rabitəbank” olaraq rahat bankçılıq missiyamıza riayət etmək üçün daim təkmilləşmə işləri həyata keçiririk.

- “Rəqəmsal Kreditləşmə”nin bank və ya müştəri üçün faydaları hansılardır? 

- “Rəqəmsal Kreditləşmə”nin bank və müştəri üçün faydalarından çox danışmaq olar. Mən sizə bir necə əsas üstünlüklərini qısa şəkildə qeyd edə bilərəm. 

Belə ki, bank müştərilərinə onların rahatlığını təmin edən, iş yerini və ya evini tərk etmədən kredit əldə etmək imkanı təqdim edir. Bu krediti əldə edən müştəriləri isə evini, iş yerini, ümumiyyətlə, olduğu ünvanı tərk etmədə, banka getmək üçün yolda və ya evdə növbədə vaxt itirmədən bir kliklə krediti əldə edərək, plastik kartına köçürülür. 

Daha sonra müştəri kredit məbləğini istər nağdılaşdıra, istərsə də, nağdsız şəkildə istifadə edə bilər. Eyni zamanda, Rabitəbank”ın mobil tətbiqində çox rahat bir funksiya yaradılıb ki, bununla müştərilər kredit şərtlərini qəbul etdiyini qısa bir video yazı göndərərək təsdiq edə biləcəklər. Videonun çəkilməsi yüklənməsi və sair birbaşa mobil tətbiq vasitəsilə çox rahat bir şəkildə həyata keçirilir. 

Bu da öz növbəsində müştərilərin “Rəqəmsal kredit”ə marağını artırır. Heç kimə sirr deyil ki, hər bir müştəri öz komfortunu düşünür və özünə ən rahat yolu seçir. Buna görə də əminliklə deyə bilərəm ki, bu kredit növü yaxında müştərilərin əvəzsiz kredit məhsulu olacaqdır.

- Son zamanlar sizin bankın müştərilərinin müraciətlərində hansı növ məhsullara tələbatın daha çoxdur?

- Müştərilərin tələbləri təklifə uyğun olaraq dəyişə bilir. Nağd pul kreditlərinə tələbat isə həmişə digər kreditlərə nisbətən daha çox olub. Son dövrlər müştərilərin bu kreditə tələbatının daha da artdığını müşahidə edirik. Buna səbəb olaraq həm rəqabətli bank mühitində sərfəli şərtlərimizin olmasını, kreditləşmə prosesinin sürətli və müştərilər üçün əlçatan olmasını həm də peşəkar komandamızın müştərilərə qarşı səmimi münasibətini göstərmək olar.

Əlavə olaraq onu da qeyd edim ki, son günlər müştərilərin mobil tətbiq vasitəsilə verilən kreditlərə və “Avans kredit”lərinə də tələbatı artırıb. Bütün bunlarla yanaşı geniş partnyor şəbəkəsini və sərfəli “ “cashback” şərtlərini özündə birləşdirən “Kartmane” kartlarına tələbat da günü gündən artmaqdadır.

- Bankın hazırkı texniki resursları və ya qeyri-maddi aktivləri nəzərdə tutulmuş layihənin tətbiq olunması üçün kifayət edirmi və ya hər hansısa əlavə tədbirlər nəzərdə tutulub?

- Bankın hazırkı texniki resursları və qeyri maddi aktivləri yeni layihələrimiz üçün bəli, kifayət edir. Bununla yanaşı mütəmadi olaraq texniki resursların optimallaşdırılması aparılır. Həmçinin, xidmət keyfiyyətinin artırılması məqsədilə “Call Center” komandasını genişləndirir və Məlumat Mərkəzinin texniki resurslarını təkmilləşdirilib.

Artıq “133” Zəng Mərkəzinə müraciət edən müştərilər uzun müddət gözləmədən operatorlarımızla tez bir zamanda əlaqə saxlaya bilir və yalnız iş günləri deyil həmçinin, şənbə və bazar günlərində də onlayn platformalar üzərindən suallarına operativ şəkildə cavab ala bilirlər.

Ümumiyyətlə, mövcud olan bütün xidmət və məhsullarımızı hər sahədə müştərilər üçün əlçatan edirik. Prosesin günü-gündən sürətləndirilməsi və daha da rahatlaşdırılması üçün komanda olaraq daim yeniliklər tətbiq edirik.

Son olaraq qeyd edim ki, onlayn bank xidmətlərinin tətbiqolunma miqyasını genişləndirmək, müştərilərimizin ehtiyaclarına uyğun olaraq, yeni məhsul və xidmətlərimizi onlara təqdim etmək, bunların bilavasitə nəticəsi kimi müştəri məmnuniyyətini yüksəltmək bu dövrün strategiyasına uyğun olaraq prioritet məqsədlərimizdəndir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri