26 
Noy
2022
11:00
66
56
1133
Virtual karabakh

“La Vie en Rose” brendi Azərbaycanda fəaliyyətinin 10 illiyini qeyd edib - FOTO/VİDEO

26 Noy, 2022
11:00
1133

“La Vie en Rose” brendi Azərbaycanda fəaliyyətinin 10 illiyini qeyd edib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xanımlar üçün alt paltarları, zərif və rahat ev geyimləri təqdim edən “La Vie en Rose” brendinin Azərbaycanda ilk mağazası 2012-ci ilin payızında “28 Mall” ticarət və əyləncə mərkəzində açıldı.

2022-ci ildə Azərbaycanda ilk mağazasının açılışının 10 illik yubileyini təntənəli şəkildə qeyd edən “La Vie en Rose” brendi son illər ərzində Azərbaycan qadınları arasında inanılmaz populyarlıq qazanıb. Brendin müştərisi olan xanımlar hər zövqə uyğun müxtəlif alt paltarları, ev geyimləri, çimərlik paltarları kolleksiyalarının və digər aksesuarların sadiq pərəstişkarlarına çevriliblər.

10 illik yubiley mərasiminin qonaqları olan “La Vie en Rose” brendinin daimi müştəriləri, həmçinin tanınmış azərbaycanlı influenserlər atlaz və qoyun yunundan (flis) hazırlanmış, özündə toz çalarlarını və printlərini, eləcə də lavanda və evkalipt çiçəklərinin təravətləndirici çalarlarını birləşdirən yeni payız kolleksiyası ilə hamıdan əvvəl tanış olmaq imkanı əldə ediblər. Payız kolleksiyası “Yay heç vaxt bitməyəcək!” şüarı ilə təqdim olunur. 

Qeyd edək ki, “La Vie en Rose” brendinin Azərbaycandakı rəsmi nümayəndəsi “Retail Group Azerbaijan” şirkətidir.

Brend haqqında

Əsası 1985-ci ildə Kanadada qoyulan “La Vie en Rose” şirkəti 1996-cı ildə tərəfdaşları Lina Di Liello və Con İzzo ilə birlikdə faktiki prezident və baş direktor Fransua Roberje tərəfindən alındıqdan sonra alt paltarları və çimərlik geyimləri sənayesində liderə çevrilib.

Mərkəzi Monrealda yerləşən şirkətin Kanada üzrə 275 mağazasında, həmçinin baş ofisində və bölüşdürücü mərkəzində 3000-dən çox əməkdaş çalışır. 2004-cü ildən etibarən beynəlxalq miqyasda böyüməkdə olan və hazırda 18 ölkədə 100 mağaza ilə təmsil olunan “La Vie en Rose” brendi əsl Kanada uğur hekayəsidir.

Riteyler şirkət olan “La Vie en Rose” 2002-ci ildə “Roses of Hope” fonunun yaradılması ilə qadınların rifahı naminə fəaliyyət göstərən təşkilatlara 2,5 milyon dollardan çox ianə etməklə korporativ sosial məsuliyyət sahəsində də böyüyüb.

Rəsmi sayt - https://www.lavieenrose.com/

Sosial şəbəkələr: “Instagram”, “Facebook

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri