28 
Noy
2022
18:24
71
46
1253
Virtual karabakh

Yeniliklərin qazandırdığı üstünlüklər

28 Noy, 2022
18:24
1253

Yeniliklərin qazandırdığı üstünlüklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkədə 5 milyon abunəçiyə xidmət göstərən, mobil rabitə bazarının əsas oyunçularından biri olan “Azercell” şirkətinin prezidenti Zərinə Zeynalovanın bu yaxınlarda mətbuata verdiyi müsahibəyə rast gəldim. Zərinə xanım “Azercell”in son bir il ərzində həyata keçirdiyi layihələr, gördüyü işlər haqqında danışmışdı.

Müsahibəni oxuduqca fikirləşdim ki, istər ölkə mediasında, istərsə də sosial şəbəkələrdə mobil operatorlarımız haqqında haqlı-haqsız kifayət qədər tənqidi yazılar yazılıb, ciddi müzakirələr aparılıb. Mobil rabitə bazarında tarif paketlərinin baha olması da dəfələrlə müzakirə obyekti olub. Qonşu ölkələrlə müqayisədə ölkəmizdə mobil danışıqların bahalı olması haqqında çox danışılıb. Azərbaycanda mobil telefon abunəçilərinin sayı 2021-ci ilin göstəricisinə görə (2020-ci il ilə müqayisədə) 4,6% artaraq cari ilin yanvarın 1-nə 10 milyon 817,1 min nəfər təşkil edib və bu rəqəm getdikcə artmaqdadır.  

10 milyondan çox vətəndaşın yararlandığı mobil rabitə xidmətlərindən narazılıqların olması, təbii ki, normaldır. İş olan yerdə narazılıqlar da olmalıdır. Amma biz pisi deyəndə gərək yaxşını da deyək. “Azercell” öz 25 ildən artıq tarixi boyu ölkədə bir sıra yenilik və innovasiyaları ilk təqdim edən mobil operator olmuşdur. İlk fakturasız xətt sistemi, ilk mobil internet, 4G, “Asan İmza”, fasiləsiz çalışan ilk telefon mərkəzi, həftədə 7 gün çalışan Ön Masa müştəri xidmətləri və s. bunlardan sadəcə bir neçəsidir. 

Bir neçə il öncə, “Azercell”in əsas səhmdarlarından biri olan “Telia” şirkəti bizim bazarı tərk etməmişdən əvvəl, şirkətə etdiyi yatırımları kəskin şəkildə azaltmışdır, bu da həm operatorun şəbəkəsinə, həm də təklif edə biləcəyi xidmət və həllərə öz təsirini göstərmişdir. Lakin son bir il yarım müddətində vəziyyətin müsbət şəkildə dəyişdiyi aşkar görünür. “Azercell”in son zamanlar istifadəyə verdiyi xidmət və həllərin bəziləri, həqiqətən, təqdirəlayiqdir və bu bərədə oxucularımızı da məlumatlandırmaq qərarına gəldim.

Adı kimi təklifi də cəlbedici olan “İstəSən” tarifinin özəlliyi müştəri kimi məni çox təəccübləndirdi. “İstəSən” abunəçilərə öz ehtiyaclarına və rəqəmsal vərdişlərinə uyğun tarif paketi yaratmaq imkanı verir. Dünyada bu cür tarif paketi təqdim edən “Vodafone”, “Turkcell” kimi nüfuzlu operatorlar olsa da, Azərbaycanda bu, bir ilkdir. 

“Azercell”in daha bir maraqlı həlli də diqqətimi çəkdi. Geridə qoyduğumuz yay aylarında şirkət bazara rəqəmsal kart təqdim etdi. Azərbaycanın telekommunikasiya sektorunda ilk dəfə olaraq özündə həm bank əməliyyatları, həm də mobil rabitə imkanlarını birləşdirən “Fintek” həlli bütün abunəçilərə maliyyə xidmətlərindən yararlanmaq imkanı verdi. Təsəvvür edin ki, harasa getmədən, bank hesabı açmadan mobil telefonunuzda rəqəmsal kart açıb, bu kart vasitəsilə rahatlıqla pul köçürə, alış-veriş, kommunal ödənişləri edə və digər bu kimi əməliyyatlar apara bilərsiniz. 

Dünya trendlərinə daha yaxın olmaq istədiyimizi tez-tez dilə gətirir, bəzən də innovasiyaların bizə gec çatmasından gileylənirik. Amma ölkədə meydana gələn texnoloji yeniliklərdən nə dərəcədə xəbərdarıq? Bu ilin avqustunda “Azercell” Azərbaycanın telekommunikasiya sektorunda süni intellekt əsaslı ilk layihəsinə də start verdi. “AIcell” adlı “Virtual Assistent” abunəçinin şifahi sorğusunu təhlil edərək zəngi müvafiq operatora yönləndirəcək və bütün xidmətləri Azərbaycan dilində göstərəcək. Şirkət tədricən “Virtual Assistent”in ünsiyyət funksiyalarını və xidmət imkanlarını genişləndirərək, abunəçi istəklərini daha fərdiləşdirilmiş şəkildə həll etmək üçün şərait yaradacaq. Qeyd edək ki, səs emalı botları telekommunikasiya sənayesində texnoloji sıçrayış hesab olunur və Azərbaycan dilində mobil operatorlar arasında belə bir həlli ilk olaraq “Azercell” təqdim edir. Bu texnoloji həllin bizim müştəri təcrübəmizi xeyli rahatlaşdıracağına çox ümidliyəm, onun inkişafını diqqətlə izləməyə davam edəcəm.

Yeniliklər hər zaman insanların diqqətini çəkir. Düşünürəm ki, “Azercell”in mobil operator bazarında 25 il müddətində öz liderliyini qorumasının əsas səbəblərindən biri də dünya telekom bazarında mövcud olan bu cür yenilikləri ölkədə tətbiq edərək, innovativ xidmətlər vasitəsilə  abunəçilərin həyatını asanlaşdırmasıdır. Lakin daha bir vacib və təqdirəlayiq faktor da ondan ibarətdir ki, şirkət bu xidmətləri müştərinin alıcılıq qabiliyyətini nəzərə alaraq, hər birinin büdcəsinə və istəyinə uyğun tariflər vasitəsilə təqdim edir. 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri