Dek
2022
12:38
88
17
784
Virtual karabakh

Bakıda növbəti “Peşəkar boks gecəsi” keçirilib - FOTO

2 Dek, 2022
12:38
784

Bakıda növbəti “Peşəkar boks gecəsi” keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Peşəkar Boks Komissiyasının dəstəyi ilə Bakıda Universal Boks Təşkilatının (UBO) orta-ağır çəki dərəcəsində dünya kəməri uğrunda döyüş keçirilib. Yarış “Karapapak Fight Club and Promotion”, “TGA Promotion & Management” və “MCM Fight Promotion” tərəfindən təşkil olunub. Ümumilikdə, tədbir çərçivəsində müxtəlif çəki dərəcələrində 7 döyüş baş tutub.

Ağır çəki dərəcəsində keçirilən döyüşdə Elnur Məmmədov Samir Mirzəli ilə üz-üzə gələrək ikinci raundda texniki nokautla qalib gəlib. Tayfur Əliyev 61 kq-a qədər çəki dərəcəsində Sərxan Əhmədovla mübarizədən qalib ayrılıb, Sərxan Əliyev isə orta çəki dərəcəsində Xanbala Qurbanov ilə döyüşdə qələbə qazanıb. Ağır çəkidə olan digər döyüşdə küveytli boksçu Hamzah Albahbahani azərbaycanlı döyüşçü Müqavil Musayev ilə üz üzə gəlib. Küveytli idmançı dizindən aldığı zədə səbəbindən üçüncü raunda çıxmaqdan imtina edib.

Gecənin digər döyüşündə azərbaycanlı Taryel Cəfərov pakistanlı Abi Cozi Xan (91kq qədər) ilə görüşərək texniki nokaut ilə birinci raundda qalib gəlib. 70 kq qədər çəki dərəcəsində çıxış edən Ruslan Rəhimov Seyidağa Nağıyevlə keçirilən döyüşdə hakimlərin yekdil qərarı ilə qalib gəlib.

Gecənin əsas döyüşündə “UBO Light Heavy Weight World Title” uğrunda türkiyəli boksçu Hasan Kubilay Alcu və azərbaycanlı döyüşçü Ayxan İsmayılov üz-üzə gəldilər (79.3kq). Bərabər keçən 12 raundlu döyüşdə çiynindən aldığı zədə səbəbindən Ayxan İsmayılov 7-ci raunda çıxa bilməyib, türkiyəli idmançı UBO dünya kəmərini qazanıb.

Tədbirdə fəxri qonaq qismində “WBC Silver Asia” və “WBC International” çempionu və UBO dünya çempionu türkiyəli Serdar Avcı, hazırda Mayamidə yaşayan, peşəkar boksda “WBA International Champion” kəmərinə sahib olan həmyerlimiz Ramal Amanov, eyni zamanda, idman ictimaiyyətinin tanınmış nümayəndələri, ictimai xadimlər və incəsənət nümayəndələri iştirak ediblər.

Peşəkar boks gecələrinin keçirilməsinin məqsədi ölkədə peşəkar boksçuların inkişafı, onların beynəlxalq arenada uğur qazanmaları və idmanın bu növü üzrə Azərbaycanın nailiyyətlərinin tanıdılmasıdır.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri