13 
Dek
2022
10:22
37
41
1117
Virtual karabakh

İnyeksiyon kosmetologiyada dünya bestselleri “Novacutan” məhsul xətti nəhayət Azərbaycanda - FOTO/VİDEO

13 Dek, 2022
10:22
1117

İnyeksiyon kosmetologiyada dünya bestselleri “Novacutan” məhsul xətti nəhayət Azərbaycanda - FOTO/VİDEO

“Jula Aesthetic & Dermatology” ötən şənbə günü  səhər yeməyi formatında təşkil olunmuş tədbir keçirib. Tədbirdə “Novacutan” brendinin rəsmi nümayəndələri, tanınmış həkim kosmetoloqları, bloqerlər və influenserlər, eləcə də, Azərbaycan mediası iştirak ediblər.

Bakının gözəl məkanlarından biri olan “Mangal Steak House”da baş tutan tədbiri tanınmış teleaparıcı Nərgiz Cəlilova aparıb. O, Fransa istehsalı olan “Novacutan” brendinin preparatları ilə bağlı əsas məqamlardan danışıb. Daha sonra söz “Novacutan” brendinin meneceri Marina Tsvirenkoya verilib. O, brendin yaranma tarixindən danışıb və qeyd edib ki, bütün dünyanı uğurla fəth edən biorevitalizasiya və kontur plastika üçün innovativ “Novacutan” preparatları artıq Azərbaycanda da rəsmi şəkildə təmsil olunur.

Tıdbirdə çıxış edən “Novacutan” brendinin sertifikatlı təlimçisi Artem Protsenko dərman və onun imkanları haqqında ətraflı məlumat verib və qonaqların bütün suallarını cavablandırıb.

Qeyd edək ki, Azərbaycanda “Novacutan” brendinin sertifikatlı təlimçiləri həkim kosmetoloq, “Estet By Dr SA” klinikasının baş həkimi , ”Merc Aesthetic” təlimçisi, AesthFill preparatının təlimçisi Sevinc Abdullayeva və “Estet By Dr SA” klinikasının aparıcı həkimi, ”Merc Aesthetic” təlimçisi, ”Beauty İndustry” şirkətinin təlimçisi  Sevil Quvalova elan olunublar.

“Novacutan” brendi biorevitalizasiya üçün hialuron turşusu əsasında biomodulyator “Novacutan” BioPro və kontur plastika üçün Novacutan ağıllı fillerlar (dolğu ücün) preparatlar təqdim edir. Bu preparatlar, dərini cavanlaşdırır, onun təbii parlaqlığını, möhkəmliyini və elastikliyini bərpa edir, stresdən, ətraf mühitin çirklənməsindən qoruyur və yaşlanma prosesini əhəmiyyətli dərəcədə ləngidən, qırışları düzəldən və üzü modelləşdirən innovativ fransız preparatıdır. Həmçinin alının, burun-ağız nahiyəsinin, dodaqların, yanaq sümüklərinin, çənənin, boyun və əllərin dərisini qırışlarının aradan götürülməsi üçün, yaşla əlaqəli olan azalan həcmlərin bərpası üçün istifadə olunur.

“Novacutan” preparatlarının əsas üstünlükləri bunlardır - dəri altına asan əridilir və bərabər paylanır, etibarlı şəkildə sabitlənir, köçmür. Dərman ödəmə səbəb olmur, tətbiq edildikdən sonra heç bir iz saxlamır. “Novacutan” kollagenin və elastinin təbii istehsalını aktiv şəkildə stimullaşdırır, dərinin hüceyrə səviyyəsində bərpaedici funksiyalarını bərpa edir, dərini xarici mühitə davamlı edir.

“Novacutan” BioPro ayda 1 dəfə 2-3 dəfə tətbiq olunur, nəticə 9-12 ay qalır. Kursunu bitirdikdən sonra siz aşağıdakı təsiredici effekt əldə edəcəksiniz. Nəmlənmiş dəri, qırışsız hamar, möhkəm və elastik dəri, görünən liftinq effekti, hətta dəri tonu parlaq bu səbəbdən prosedur “happy skin” adlanır. Doğrudan da sizin dəri xoşbəxt olur!

“Novacutan” haqqında sizə lazım olan bütün məlumatları +99450-252-10-07 nömrəsi ilə “Jula Aesthetic & Dermatology”dən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri