24 
Yan
2023
10:30
66
12
1098
Virtual karabakh

“AutoStar Kaukasus Azərbaycan” GmbH zəmanət müddətini ikiqat artırdı

24 Yan, 2023
10:30
1098

“AutoStar Kaukasus Azərbaycan” GmbH zəmanət müddətini ikiqat artırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mercedes-Benz” brendinin Azərbaycandakı ilk rəsmi dileri olan “AutoStar Kaukasus Azərbaycan” GmbH şirkəti ölkəmizdə fəaliyyətinin 27-ci ilinə öz alıcılarını sevindirəcək yenilik ilə başlayır. Belə ki, şirkət “Mercedes-Benz” avtomobillərinə yürüşə məhdudiyyət qoyulmadan təqdim etdiyi ikiillik zəmanət müddətini artıq dörd ilə qaldırdı.

Zəmanət, alınma tarixindən sonra dörd il ərzində ilk və sonrakı sahiblərinə şamil olunur. “Mercedes-Benz” zəmanəti, mexaniki və digər zədələr olmadığı halda yalnız orijinal ehtiyat hissələri və aksesuarlarına (nəqliyyat vasitəsinin istismarı zamanı təbii aşınmaya məruz qalan hissələr və materiallar istisna olmaqla) aiddir.

Avtomobillər haqqında daha ətraflı məlumat almaq və yaxından tanış olmaq üçün Bakı şəh., Babək pr. 1145 ünvanında yerləşən satış mərkəzinə yaxınlaşa bilərsiniz.

Əlaqə vasitələri: 

“976” - Çağrı mərkəzi

(+99412) 496 50 50

(+99412) 496 51 31

Ünvan: Babək pr, 1145

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri