25 
Yan
2023
08:45
121
24
2123
Virtual karabakh

Sosial Xidmətlər Agentliyi və “Araz Supermarket” MMC əlilliyi olanlara dəstək məqsədilə əməkdaşlıq edəcəklər

25 Yan, 2023
08:45
2123

Sosial Xidmətlər Agentliyi və “Araz Supermarket” MMC əlilliyi olanlara dəstək məqsədilə əməkdaşlıq edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə  Veysəloğlu Şirkətlər Qrupuna  daxil olan “Araz Supermarket” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu memorandumla tərəflər əlilliyi olan şəxslərin əmək bazarına cəlb olunması istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun fəaliyyəti və həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirləri barədə məlumat verib. Bildirib ki, Agentlik Respublika üzrə 12 filial və 13 müəssisəsi vasitəsilə həssas əhali qruplarından olan şəxslərə səyyar və stasionar xidmətlər göstərir.

Sədr qeyd edib ki, Agentlik göstərilən xidmətlərin əhatəliliyini və əlçatanlığını artırmaq məqsədilə özəl təşkilatlarla da qarşılıqlı əməkdaşlıq edir.

“Araz Supermarket” MMC-nin İdarə Heyətinin sədri Rəşad İbrahimov memorandumun əhəmiyyətindən danışıb. Bildirib ki, “Araz Supermarket” MMC əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına hər zaman dəstək olmağa hazırdır və bu əməkdaşlıq da onlar üçün cəmiyyətin digər üzvləri ilə bərabər imkanların yaradılmasına dəstək olacaq.

Memorandumla əlilliyi olan şəxslərin sosial bacarıqlarının inkişafı, peşə hazırlığının, peşə-əmək reabilitasiyasının həyata keçirilməsi məqsədilə xüsusi proqramlar üzrə birgə təlimlər də təşkil olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri