26 
Yan
2023
11:30
42
15
755
Virtual karabakh

Bank “BTB” 2022-ci ilin yekun maliyyə nəticələrini açıqladı

26 Yan, 2023
11:30
755

Bank “BTB” 2022-ci ilin yekun maliyyə nəticələrini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bank “BTB” 2022-ci il üzrə maliyyə göstəricilərini təqdim etdi. Bank hesabat tarixinə aktivlərini bir qədər də artıraraq 374 199.99 min manat səviyyəsinə çatdırdı, bu isə ötən illə müqayisədə 3,4% artım deməkdir.

İlin nəticələrinə görə faiz gəlirləri ötən illə müqayisədə 4,5% artaraq 26 791.74 min manat təşkil etmiş və yekunda 441,86 min manat əməliyyat mənfəəti əldə etmişdir.

Əhali kütləsinin etibarını qazanan bank ənənəvi olaraq bu il də depozit portfelinin artımına nail olmuş və ümumilikdə 2021-ci ilin yekunları ilə müqayisədə 8% artım nümayiş etdirmişdir və 159 224,50 min manat olmuşdur.

İl ərzində 123 302.337 min manat həcmində verilmiş kreditlərin böyük hissəsi biznes subyektlərinə ayrılmışdır ki, bu da bankın strateji hədəflərinə uyğun olaraq həyata keçirilmişdir.  Belə ki, ümumi satışın 16%-ni ARİKZF hesabına verilən ipoteka kreditləri, 29%-ni istehlak kreditləri, 55%-ni sahibkarlıq subyektlərinə verilən kreditlər təşkil edib. Bununla da kredit portfeli 6% artaraq 276 860.232 min manat təşkil etmişdir.

Eyni zamanda qeyd etmək istərdik ki, bank kredit portfelinin dayanıqlılığının artırılması məqsədilə cari ilin yanvar ayından etibarən 5 822 79 min manat ehtiyat yaratmışdır. Bu da gələcəkdə kredit portfelində yarana biləcək risklərin qarşısının alınması məqsədilə görülən tədbirdir.

Hesabat dövrünə bankın məcmu kapitalı 53 772.30 min manat təşkil etmişdir ki, bu da bankın prudensial normalara tam uyğun olduğunu göstərir. Bankın ani likvidlik əmsalı 123,09% təşkil edir ki, bu da AMB-nin tələb etdiyi minimum normadan 4 dəfə çoxdur.

Nəzərinizə çatdıraq ki, Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər.

Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri