27 
Yan
2023
10:42
31
47
1757
Virtual karabakh

“Setex Group” məşhur brendlərin təqdimatını etdi - FOTO/VİDEO

27 Yan, 2023
10:42
1757

“Setex Group” məşhur brendlərin təqdimatını etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvar ayının 23-ü “28 Mall” ticarət mərkəzində “Setex Group”un təşəbbüsü ilə sevilən geyim brendləri “Greyder”, “Colin’s” və “Altınyıldız” mağazalarının rəsmi açılış mərasimi baş tutub.

Açılışda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, “Setex Group”un təsisçisi Lazgin Deli, MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli və heyətin digər üzvləri, AFRA-nın sədri Fərid Novruzi, həmçinin bir çox uğurlu iş adamları, müxtəlif sahələrdən cəmiyyətin sevilən isimləri iştirak ediblər.

Açılış mərasimində öz xeyir-duasını verən səfir Cahit Bağcı türkiyəli iş adamlarının Azərbaycandakı uğurlu fəaliyyətinin hər iki ölkəni daha da yaxınlaşdıran addım olduğunu bildirib. Təsisçi Lazgin Deli isə bildirib ki, “Setex Group”a daxil olan brendlər Azərbaycanda fəaliyyətə başladığı dövrdən bu günə qədər yerli alıcılara hər il daha yaxşı xidmət göstərmək üçün əllərindən gələni edirlər. Daha sonra qonaqlar mağazalarda təqdim edilən yeni kolleksiyalarla tanış olublar.

Nəzərinizə çatdıraq ki, “Setex Group” öz indeksində Azərbaycanda tanınan və sevilən geyim və aksesuar brendlərini toplayıb. Fashion&Retail olaraq öz işinin öhdəsindən uğurla gələn şirkət müxtəlif markaları təmsil etməklə yerli alıcıların  “dəb, keyfiyyət və yüksək xidmət” anlayışlarını daha da yüksəldib. 1998-ci ildən fəaliyyətə başlayan və hər il öz tərkibinə uğurlu brendlər qatmaqla daha da böyüyən “Setex Group” hazırda 10 ən yaxşı brendləri alıcılara təqdim edir.

“Mavi”, “Levis”, “Colin’s”, Greyder”, “İnstreet”, “Altınyıldız”, “Hummel”, English Home”, “Cool Club”, “Brand&Brand” kimi sevilən  markalar məhz “Setex Group” tərəfindən təqdim edilir. Hazırda Azərbaycanda 33 mağazaya sahib olan şirkət şübhəsiz ki, bu rəqəmi daha da artırmağa iddialıdır.

 Çünki,  “Setex Group”a daxil olan və alıcılar tərəfindən rəğbət görən bu markalar öz alıcılarına dəblə rahatlığı bir yerdə təqdim etdiyi üçün daha çox sevilirlər.

Qeyd edək ki, yenicə açılışı baş tutan “Colin’s”, “Greyder” və “Altınyıldız” mağazaları açılışa özəl xüsusi endirimlərlə “28 Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində yolunuzu gözləyir.

https://www.instagram.com/greyderaz/

https://www.instagram.com/altinyildizclassics_az/

https://www.instagram.com/colinsazerbaycan/

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri