30 
Yan
2023
10:00
131
44
4391
Virtual karabakh

Qarşılayın! Yepyeni “Toyota Corolla Cross” - FOTO

30 Yan, 2023
10:00
4391

Qarşılayın! Yepyeni “Toyota Corolla Cross” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müasir Corolla çeşidi Corolla Cross praktiki ailə avtomobili C-SUV sinfinə daxildir. Beləliklə, Toyota gücünə görə Avropa C-seqmentində və ümumi bazarda ən geniş SUV modelləri içərisində digərlərindən seçilir. Corolla 55 il ərzində 12 nəsildə 50 milyondan çox satış rekordu əldə etməklə dünyanın ən çox satılan avtomobili titulunu özündə saxlayır.

THE COROLLA CROSS ƏTRAFLI

Gündəlik istifadəyə uyğun, praktik və universal avtomobilin güclü Toyota SUV görünüşünü aydın və geniş interyer tamamlayır. Gövdə genişdir və asan hərəkət üçün dizayn olunub. Toyotanın yeni 12.3 düyüm tam digital kombimetrdə (bütün növlərdə standartdır)sürücü kontent və görüşünü istəyinə uyğun dəyişə bilər.

Corolla 55 il ərzində 12 nəsildə 50 milyondan çox satış rekordu əldə etməklə dünyanın ən çox satılan avtomobili titulunu özündə saxlayır.

  • Hər kəsə uyğun Corolla – dünyada ən çox satılan SUV modeli
  • Əsl SUV görünüş və ailəli müştərilər üçün praktiklik
  • Toyotanın ilk dəfə tətbiq olunan beşinci nəsil özü şarj olan hibrid elektrik sistemi ilə daha çox güc qazanır, yüksək yanacaq və dövriyyə səmərəliliyi isə sürücülüyü zövqə çevirir.
  • Yeni elektron platforma 12.3 düyüm tam digital kombimetr, Toyota Smart Connect Multimedia ekranı və 10.5 düyüm yüksək keyfiyyətli əylənmə-öyrənmə paketli sensor ekranı dəstəkləyir.
  • T-Mate ilə çox güvənli: Toyota Safety Sense-in ən son nəsil, yeni və təkmilləşdirilmiş funksiyaları, həmçinin aktiv sürücülük və parkinq yardım sistemləri ilə birləşməsi

BEŞİNCİ NƏSİL TOYOTA HİBRİD ELEKTRİK MEXANİZMİ

Bu yeni model 2 litrlik hibrid mühərrikə sahibdir. 2 litrlik hibrid mühərrikin gücü 8% artırılıb və 197 at gücü/145kW-ə çatıb. Bununla da CO2 emissiyasını 113 və 120 arasında saxlamaqla 0-100 km/saat sürəti 7,6 saniyəyə yığa bilir.

TOYOTA T-MATE TƏHLÜKƏSİZLİK VƏ SÜRÜCÜLÜK ASSİSTENTİ

Bu yeni model Toyota T-Mate vasitəsilə təhlükəsizlik səviyyəsi və sürücülük assistentliyinin inkişafını, Toyota Safety Sense vasitəsilə qəza riski aşkarlanması və aktiv təhlükəsizlik funksiyalarının artımını nümayiş etdirir. Avtomobil zərbəyə məruz qaldıqda onun sərt konstruksiyası və hərtərəfli təhlükəsizlik xüsusiyyətlərilə avtomobildəki hər kəs üçün güclü qorunma təmin edir.

YENİ DİGİTAL SÜRÜCÜ PANELİ

Toyota Corolla ilk Toyota modelidir ki, sürücü panelində 12.3 düyüm digital kombimetr istifadə olunub. Kombimetrdə 3 müxtəlif mövzu mövcuddur: “Casual”, “Smart” və “Tough Sporty”. Sükandakı keçid alətlərindən istifadə ilə seçim prosesi sadədir.

TOYOTA SMART CONNECT MULTİMEDİA EKRANI

Bütün Corolla Cross modellərinin standart olaraq sahib olduğu üstünlüklər: səsli əmr ilə 10.5 düyüm yüksək görüntü keyfiyyətli sensor ekran; “Apple CarPlay”in blutuz vasitəsilə smartfona inteqrasiyası və (naqillə) “Android Auto”ya.  

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri