31 
Yan
2023
16:45
101
43
1186
Virtual karabakh

“Azeronline” Hövsanda 26 mindən çox ev təsərrüfatı üçün yüksəksürətli internetə qoşulma imkanı yaradıb - FOTO

31 Yan, 2023
16:45
1186

“Azeronline” Hövsanda 26 mindən çox ev təsərrüfatı üçün yüksəksürətli internetə qoşulma imkanı yaradıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azeronline BM” LTD “Onlayn Azərbaycan” layihəsi çərçivəsində sürətli internet xidmətini hər kəsə əlçatan etmək üçün şəbəkə quruculuğu və abunəçi qoşulması əməliyyatlarını həm paytaxtda, həm də regionlarda uğurla həyata keçirməyə davam edir. İstifadəçilərin  təqdim edilən xidmətdən daha rahat və sərfəli şərtlərlə yararlana bilməsi üçün şirkət fərqli tarif paketləri və münasib qiymət siyasəti formalaşdırıb. Vaxtaşırı müxtəlif bölgələrdə keçirilən fərqli kampaniyalar cari və yeni qoşulan abonentlərə  güzəştli imkanlar təklif edir.  

2023-cü ilin ilk günlərindən Azəronline şirkəti Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan ərazidə  “3+1” və “Ödənişsiz qoşulma” kampaniyalarına start verdi. Fevral ayının 15-dək davam edəcək kampaniyalar zamanı həm cari Azeronline abonentləri, həm də xidmətə yeni qoşulmaq istəyən müştərilər sərfəli şərtlərlə GPON texnologiyası üzərindən yüksəksürətli fiber-optik internet xidməti əldə edə bilərlər.

Belə ki, yeni qoşulan abonentlər “Ödənişsiz qoşulma” kampaniyası çərçivəsində birdəfəlik qoşulma haqqını ödəmədən xidmətə qoşula bilərlər. Bu zaman modem onlara istifadə müddətinə ödənişsiz təqdim olunur. Kampaniyadan yararlanmaq üçün QEYDİYYAT FORMASInı doldurmaq yetərlidir. Eləcə də bu kampaniyaya qoşulan abonentlər arzu etdikləri halda “3+1” kampaniyasından da yararlanmaq imkanına malikdirlər.

Cari abonentlər isə “3+1” kampaniyası çərçivəsində 3 ay xidmət haqqını birdəfəyə ödəyərək 4-cü ay xidmətdən ödənişsiz yararlanmaq imkanı əldə edirlər. Əlavə olaraq RENT tariflərindən istifadə edən cari abonentlər “3+1” kampaniyasında iştirak etdikləri zaman aylıq xidmət haqqına əlavə ödədikləri 2 AZN ödənişdən birdəfəlik azad olmaq şansı qazanırlar.

Məlumat üçün bildiririk ki, Azəronline şirkəti Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan ərazidə GPON şəbəkəsinin qurulması üçün 2021-ci ilin ortalarından təmir-tikinti işlərinə başlayıb. Ümumilikdə 26 mindən çox təsərrüfatı əhatə edən qəsəbədə  aparılan işləri hissəli şəkildə tamamlayıb və qoşulma üçün təhvil verilib. Hazırda sözügedən ərazidə 90% işlər yekunlaşmış, artıq 8 mindən artıq ev təsərrüfatı yüksəksürətli fiber-optik internet xidməti ilə təmin edilib. Layihənin tam təhvil verilməsi 2023-cü ilin Fevral ayının ortalarına planlaşdırılır.

Məlumat üçün bildiririk ki, təklif olunan etibarlı internet bağlantısı xüsusi üstünlükləri ilə digərlərindən fərqlənir. Həmin üstünlüklər sürətli quraşdırma, kəsintisiz internet təminatı, naqilsiz qoşulma və etibarlı bağlantıdan ibarətdir. Aylıq abunə haqqı müştərinin seçdiyi tarif paketindən asılı olaraq 18 AZN-dən başlayır.

“Azeronline BM” LTD-nin Çağrı Mərkəzi ay ərzində 25 mindən çox zəng qəbul edərək 24/7 aktiv müştəri xidmətləri göstərir. GPON texnologiyası ilə fiber-optik internetə qoşulmaq və digər xidmətlərə dair daha ətraflı məlumat əldə etmək üçün “Azercell” nömrələrindən 2020 və ya şəhər nömrələrindən 450 2020 nömrəsinə zəng etmək kifayətdir. Həmçinin sürətli və kəsintisiz internetə qoşulmaq istəyənlər ONLAYN QEYDİYYAT səhifəsində qeydiyyatdan keçməklə qısa zamanda Optik İnternet istifadəçisinə çevrilə bilərlər.  

Şirkət haqqında

“Azeronline” LTD Birgə Müəssisəsi 1999-cu il, 29 dekabr tarixində “Azercell Telekom” BM tərəfindən təsis edilib. Azərbaycanda yaranan ilk internet provayder şirkətlərindən biri olan “Azeronline” hazırda həm fərdi, həm də korporativ müştərilərinə müasir texnologiyalara əsaslanan FTTx, Simsiz və Ayrılmış xətt kimi internet xidmətləri təqdim edir. 70 mindən çox müştəri bazasına sahib olan şirkətin müştəriləri arasında iri şirkətlər, banklar, eləcə də dövlət qurumları yer almaqdadır.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri