31 
Yan
2023
19:54
70
122
3802
Virtual karabakh

Zərif və dəbdəbəli: “Wyndham Garden Baku”nun möhtəşəm açılışı oldu - FOTO

31 Yan, 2023
19:54
3802

Zərif və dəbdəbəli: “Wyndham Garden Baku”nun möhtəşəm açılışı oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rahat yerləşim, zərif interyer, yüksək keyfiyyətli xidmət və istirahət üçün bütün lazımi şərait - bütün bunlar öz qapılarını şəhərimizin qonaqlarının və sakinlərinin üzünə təntənəli şəkildə açan dünyaca məşhur brendin beşulduzlu oteli “Wyndham Garden Baku” tərəfindən təklif olunur.

Heydər Əliyev Beynəlxalq havalimanından, İçərişəhərdən həmçinin tarixi yerlərdən 15 dəqiqəlik məsafədə yerləşən otelimiz sizin səyahətinizi daha komfortlu edəcək və vaxtınızı səmərəli keçirtməyinizə kömək olacaq. Otel şəhərin iki əsas prospekti arasında yerləşir və bu, Bakının istənilən nöqtəsinə rahat çıxışı təmin edir.

Otelin rəsmi açılışında “Wyndham Garden Baku”nun baş meneceri Steve Chumba tədbirdə iştirak edən hər kəsi salamladı və atəşfəşanlıq altında qırmızı lentini kəsdi, sonra qonaqları gecənin füsunkar ab-havasından həzz almağa dəvət etdi. Qonaqlar üçün hər zövqə uyğun ləzzətli qəlyanaltılar, desertlər və içkilərdən ibarət, hətta ən seçici qurmanı belə heyran edə biləcək bufet təşkil edilmişdir. Gecə əyləncəli konsert proqramı ilə davam edib.

Otelin baş meneceri Steve Chumbanın sözlərinə görə, “Wyndham Garden Baku” dünyanın bir çox ölkələrində geniş populyarlıq qazanmış, Azərbaycan bazarında da dinamik inkişaf edən beynəlxalq “Wyndham Hotels&Resorts” otellər şəbəkəsinin bir hissəsidir.

Sonra o, otel haqqında qısa məlumat verərək, burada yüksək peşəkar xidmət göstərildiyini vurğulayıb:

“Wyndham Garden Baku” 88 rahat otaqdan ibarətdir. Oteldə sağlamlıq mərkəzi, lounge bar və restoran, konfrans otaqları var. Ödənişsiz yer altı və yer üstü parkinq də mövcuddur”.

Bu sətirlərin müəllifi üçün otelə xüsusi ekskursiya təşkil olunub. Tur zamanı spa prosedurları, rus və fin saunaları, türk hamamı, masaj otaqları və istirahət otaqları təklif edən “Olive Spa & Wellness Center” nümayiş etdirilib. Qonaqların istəklərinə uyğun olaraq təbii və müalicəvi daşlar, o cümlədən aromatik yağlarla peşəkar masaj xidmətləri göstərilir.

Sonra kardio və güc məşqləri üçün zallara bölünmüş və müasir idman avadanlıqları ilə təchiz olunmuş 24/7 fəaliyyət göstərən fitnes mərkəzi ilə tanış olduq. İstəyirsinizsə, fitness məşqçisinin xidmətlərindən istifadə edə bilərsiniz. Həmçinin sağlamlıq mərkəzində 25 metrlik isti su ilə təchiz olunmuş qapalı hovuz var, burada siz nəinki yaxşı vaxt keçirə, həm də üzgüçülük üzrə təlimatçının xidmətlərindən istifadə edə bilərsiniz.

“Wyndham Garden Baku” otelinim təcrübəli komandası tərəfindən təşkil olunan müxtəlif tədbirlər - konfranslardan banketlərə, sərgilərdən tutmuş toylara qədər çoxlu sayda zallara malikdir. Kofe-fasiləsi, açıq bufet və s. kimi geniş çeşiddə yemək və içkilərin hazırlanması xidmətləri göstərilir.

Otel haqqında ətraflı məlumat üçün linkə daxil olun.

“Instagram”: wyndhamgardenbaku

“Facebook”: Wyndham Garden Baku

Əlaqə: +994 12 526 15 15

Mail: [email protected]

YouTube: https://youtu.be/hNP3bJYt2L0

Açılış mərasimindən foto və videonu diqqətinizə təqdim edirik.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri