Fev
2023
11:30
71
26
1549
Virtual karabakh

Azərbaycanın tanınmış logistika şirkəti “Hikmetoglu Transport” “Fairmont Hotel”də 10 illiyini qeyd edib - FOTO

1 Fev, 2023
11:30
1549

Azərbaycanın tanınmış logistika şirkəti “Hikmetoglu Transport” “Fairmont Hotel”də 10 illiyini qeyd edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin tanınmış logistika şirkətlərindən olan “Hikmetoglu Transport” fəaliyyətə başlamasının 10 illiyini qeyd edib.

“Fairmont Hotel”də keçirilən tədbirdə millət vəkilləri, tanınmış şəxslər, partnyor şirkətlərin nümayəndələri iştirak ediblər. “Kengerli Media” tədbir zamanı möhtəşəm çəkilişləri ilə qonaqların marağına səbəb olub.

Sonda şirkət rebrendinq edərək yeni loqosunu da təqdim edib.

“Hikmetoglu Transport”un təsisçisi və rəhbəri, gənc və tanınmış iş adamı Rövşən Hikmətoğlu tədbiri açaraq bildirib ki, əsası 2013-cü ildə qoyulan şirkətin 10 il ərzində əsas məqsədi nəqliyyat və logistika üzrə ən yüksək səviyyədə xidmət göstərmək olub:

“Şirkətimiz hava, quru, dəniz və dəmiryolu nəqliyyatı olmaqla logistikanın bütün sahələrində geniş təcrübəyə malikdir. Daşıma sektorunda dərin təcrübə və peşəkar əməkdaşlar sayəsində, güvənilən şirkət olmaq və hər zaman sektorun lideri olmaq üçün tərəfimizdən daim innovativ həll yolları tətbiq olunmaqdadır. Standart, qeyri-standart, qrup halında, qabaritli, xüsusi temperatur və saxlama şəraiti tələb edən yüklərin, həmçinin yanıcı və digər təhlükəli maddələrdən ibarət yüklərin daşınmasını həyata keçiririk. Məqsədimiz müştərilərimizə güvənilən və ən yüksək səviyyədə xidmət göstərməkdir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Bunun üçün bütün qabaqlayıcı tədbirlər görürük”.

Qeyd edək ki, qlobal daşıma xidmətləri sahəsində ixtisaslaşan şirkət dünyanın bir çox yerindən bütün növ beynəlxalq yükdaşımaları ən sürətli və etibarlı şəkildə həyata keçirir.

Ən çox konteyner daşımaları ilə ölkədə tanınan “Hikmetoglu Transport” 2022-ci ildə Çin, Yaponiya, Cənubi Koreya, BƏƏ, Asiya və Avropanın bir çox ölkələrindən Azərbaycana ən çox konteynerlə yük daşıyan şirkətlərdən olub.

http://www.hikmetoglu.com/

https://www.facebook.com/hikmetoglu.transport

https://www.instagram.com/hikmetoglu.transport/

+99412 488 05 37

+99450 227 02 70

[email protected]

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri