Fev
2023
12:42
74
121
1860
Virtual karabakh

Azərbaycanın ən sürətli şəbəkəsi 5G-ni təqdim etdi

1 Fev, 2023
12:42
1860

Azərbaycanın ən sürətli şəbəkəsi 5G-ni təqdim etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakcell” 5G texnologiyasını istifadəyə verib. Hazırda sınaq rejimində fəaliyyət göstərən 5G şəbəkəsi Bakının müxtəlif ərazilərində - Fəvvarələr Meydanında, Xaqani bağında (Molokan bağı) və “Dəniz Mall” ərazisində mövcuddur.

5G ultrasürətli və sabit internet təqdim edən yeni nəsil mobil şəbəkə texnologiyasıdır.

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin təqdimatında 5G texnologiyasını Huawei, Xiaomi, OnePlus, Poco və Vivo smartfonlarının sahibləri istifadə edə bilər.

“Bakcell” 5G texnologiyadan istifadə edən abunəçilərinə 5GB balans da hədiyyə edir. Yuxarıda adları çəkilən mobil cihaz sahibləri 5G-nin mövcud olduğu ərazilərdə olarkən telefonda *501*1#  kodunu yığmalıdırlar. Əgər abunəçinin cihazı 5G texnologiyasını dəstəkləyirsə, onun nömrəsinin balansına 5 GB həcmində 5G trafiki hədiyyə olunacaq. Bu balans 5G sınaqları keçirilən ərazilərdə istifadə edilə bilər. 

5G virtual aləmdə oyunları daha əlçatan edir, filmləri ən yüksək keyfiyyətdə izləmək, irihəcmli məlumatları anında ötürmək imkanı verir.

5G vasitəsilə dron texnologiyalarının tətbiqi nəticəsində kənd təsərrüfatında səmərəlilik misli görülməmiş formada artacaq. Ən son cihazların genişmiqyaslı istifadəsi ilə səhiyyədə xəstəliklərin daha erkən diaqnozu və kütləvi monitorinqi mümkün olacaq. 5G “ağıllı” kənd və şəhərlərin, pilotsuz nəqliyyat vasitələrinin istifadəsini yeni zirvələrə qaldıracaq.

Ətraflı məlumatı 5g.bakcell.com səhifəsindən əldə etmək mümkündür.

“Bakcell” Azərbaycanda eSIM və VoLTE texnologiyalarını tətbiq edən ilk mobil operatordur. “Bakcell” şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınır.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri