Fev
2023
18:30
57
73
2426
Virtual karabakh

“Samsung” yeni “Galaxy S23” seriyasını təqdim etdi: Bu günün və sabahın premium təcrübəsi!

2 Fev, 2023
18:30
2426

“Samsung” yeni “Galaxy S23” seriyasını təqdim etdi: Bu günün və sabahın premium təcrübəsi!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Galaxy S23 Ultra”nın ən qabaqcıl kamerası, təkmilləşdirilmiş oyun təcrübəsi və daha ekoyönümlü dizaynı “Samsung”un ən innovativ “Galaxy S” seriyasında.

“Samsung Electronics” “Galaxy S23 Ultra”, “Galaxy S23+” və “Galaxy S23”ü təqdim etməklə premium təcrübənin yeni mərhələsinə qədəm qoyur. “Samsung Galaxy”nin süni intellekt ilə çalışan epik kamerası istifadəçilərə gecə çəkiliş edərkən videolarının film kamerası ilə çəkilmiş kimi görünməsinə imkan yaradır. Süni intellektlə təmin olunmuş, güclü və dünyanın ən sürətli mobil qrafikasına sahib olan “Galaxy”nin “Snapdragon 8 Gen 2” mobil platforması premium təcrübəyə yol açır.

“Galaxy S23 Ultra”da məhsuldarlığı, qeyd aparmaq imkanı ilə və sevimli məşğuliyyətlərə şərait yaratdığına görə istifadəçilərin sevimlisinə çevrilən “S Pen” də yenilənib.

“Samsung Electronics”in mobil təcrübə biznesi üzrə rəhbəri TM Roh: “Texnologiyanın dəyəri təkcə insanlar üçün bu gün yaratdığı imkanlarla deyil, eyni zamanda daha gözəl gələcək üçün verdiyi töhfə ilə ölçülür. “Galaxy S23” seriyası etibarlı, premium smartfon təcrübəsi üzrə yeni standartdır”.

“Samsung Galaxy”nin daha çox meqapikselli və hədsiz yaradıcı imkanları ilə seçilən kamerası:

“Galaxy S23 Ultra” istənilən fotoqrafa fenomenal kadrlar əldə etməyə kömək edir. Belə ki, işıqlandırmanın dərəcəsindən asılı olmayaraq “Samsung Galaxy”nin qabaqcıl kamera sistemi ən kiçik detalları belə üzə çıxarmaq üçün hazırlanıb. İstər konsertdə sevimli müğənninizi videoya çəkin, istər akvarium qarşısında “selfie” edin, istərsə də yemək masasında dostlarınızla xatirə fotosu çəkin – bir toxunuşla ideal şəkil və videolar əldə edəcəksiniz. İşığın zəif olduğu məkanlarda görüntünü korlayan elementlər süni intellekt hesabına aradan qaldırılır, obyektlərin detalları və rəng tonları zənginləşdirilir.

“Galaxy S23 Ultra Samsung Galaxy”də ilk dəfə olaraq tətbiq edilən həyati anlarınızı inanılmaz dəqiqliklə donduran 200 mp “Adaptiv Piksel” sensoru ilə fəxr edir. “Galaxy S23” seriyasında həyatımızın bir parçasına çevrilən “selfie” kameraları sürətli avtofokus və 30 fps-dən 60 fps-ə qədər yüksələn ilk “Super HDR” kamerası ilə təchiz olunub.

Kameranın əlavə üstünlükləri:

* Zəif işıqlı və yaxud alatoran durumlarda videolar “Galaxy S23 Ultra”nın ikiqat optik şəkil sabitləşdiricisi (OIS) hesabına bütün istiqamətlərdə daha sabit bucaqdan götürülür;

* Saniyədə 30 kadr zənginləşdirilmiş 8K keyfiyyətli, genişbucaqlı videoçəkiliş daha çox kinonu xatırladır;

* Qabaqcıl süni intellekt kadrda saç və göz kimi elementlər də daxil olmaqla hər bir detalı incələyərək insanın dinamik xüsusiyyətlərini daha dəqiq əks etdirir;

Premium performans mobil oyunların gələcəyini təyin edir:

Uzun zamandır ki, həm kontent yaradıcıları, həm də oyun həvəskarları gözləntilərini üstələyən və məhdudiyyətləri aşmağa kömək edən texnoloji yenilik axtarışındadırlar. Qarşılayın: bu vaxtadək ən güclü və sürətli platformaya sahib “Snapdragon 8 Gen 2” ilə təchiz olunmuş “Samsung Galaxy S23” seriyası.

Yeni CPU mikro-arxitekturası “Galaxy S22” seriyası ilə müqayisədə “Galaxy S23”ün emal qabiliyyətini 30%-dək artırır. “Galaxy S23” seriyasının ən əhəmiyyətli təkmilləşdirmələrindən biri – xüsusilə ağır proseslər üçün nəzərdə tutulmuş və 41% optimallaşdırılmış GPU-dur.

“Galaxy S23 Ultra” hər bir işıq şüasını simulyasiya edən və izləyən texnologiyası sayəsində mobil oyun həvəskarları üçün səhnələrin nəzərəçarpacaq dərəcədə daha canlı təsvirlərini yaradır. “Samsung Galaxy S23” istifadəçilərə rəng tonlarını və kontrastı tənzimləməyə imkan verir, gecə saatlarında ekranın göz yormasını xeyli azaldır. İndi görmə gücləndiricisi gündüz işığında parlaqlıq və parıltıya qarşı iki deyil, üç işıqlandırma səviyyəsində tənzimlənir.

“Galaxy S23” seriyası təbiətdən ilhamlanmış dörd tutqun rəngdə gəlir: “Phantom” Qara, Bej, Yaşıl və Bənövşəyi.

10 fevral 2023-cü ildən etibarən “Galaxy S23 Ultra”, “Galaxy S23+” və “Galaxy S23” pərakəndə satış şəbəkələrində geniş şəkildə təqdim olunacaq.

“Galaxy S23” seriyası haqqında ətraflı məlumat üçün www.samsung.com/az saytına daxil olun.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri