26 
Mar
2023
19:58
232
18
909
Virtual karabakh

Cenevrədə Novruz bayramı qeyd edilib - FOTO/VİDEO

26 Mar, 2023
19:58
909

Cenevrədə Novruz bayramı qeyd edilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan, Əfqanıstan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın BMT-nin Cenevrə Bölməsi yanında daimi nümayəndəliklərinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə Cenevrədə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib.

BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatında keçirilən tədbirin açılışında on bir daimi nümayəndəlik adından Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov çıxış edərək Novruz adət-ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu, dünya mədəniyyətinə və incəsənətinə xüsusi töhfə verdiyini vurğulayıb, bu tədbiri mədəniyyətlər və dinlər arasında sərhədlər tanımayan dostluq rəmzi kimi qiymətləndirib.

Qeyd edilib ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul edilmiş qətnaməyə əsasən, 21 mart Beynəlxalq Novruz Günü elan edilib. Həmin vaxtdan etibarən Beynəlxalq Novruz Günü BMT-də qeyd olunur və Cenevrədəki tədbir məhz həmin qətnaməyə uyğun təşkil edilib.

Tədbirdə təşkilatçı ölkələrin tarixini, mədəniyyətini və incəsənətini əks etdirən foto və video materiallar təqdim edilib, milli mətbəx nümunələrindən ibarət xüsusi guşələr yaradılıb.

Ümumilikdə 900-ə yaxın qonağın qatıldığı mərasimdə Cenevrədəki BMT Bölməsi yanında akkreditə olunmuş ölkələrin daimi nümayəndələri və diplomatik korpusun digər üzvləri, BMT təsisatlarının əməkdaşları, Cenevrə şəhərinin rəsmiləri və təşkilatçı ölkələrin Cenevrədəki diaspor nümayəndələri iştirak ediblər.

Bədii hissədə soydaşımız Mariya Xan Xoyskayanın rəhbərliyi ilə Cenevrədə fəaliyyət göstərən və üzvləri bu şəhərdə yaşayan azərbaycanlıların övladlarından ibarət “İrs” rəqs ansamblı tərəfindən Azərbaycanın xalq rəqsləri nümayiş olunub.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri