28 
Mar
2023
09:38
17
57
984
Virtual karabakh

Sahibkarlara 5% ilə xammal krediti “Expressbank”da

28 Mar, 2023
09:38
984

Sahibkarlara 5% ilə xammal krediti “Expressbank”da

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndi sənaye məhsullarının istehsalı və emalı (o cümlədən aqrar-emal) üzrə fəaliyyət göstərən sahibkarlar dövriyyə vəsaitlərinin artırılmasına “Expressbank”dan 500 000 manatadək güzəştli kredit əldə edə bilərlər. Bu isə biznesini böyütmək istəyən sahibkarlara xammal ehtiyaclarını təmin etmək üçün lazımi vəsaiti dövlət dəstəyi ilə əldə etmək imkanı yaradır.

Bank Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində güzəştli krediti illik 5%-lə və 24 ayadək təklif edir.

Aşağı faizlə verilən kreditə həmçinin güzəşt müddəti də tətbiq edilir. Güzəşt müddəti kredit müddətinin yarısınadək ola bilər. Bununla da sahibkar güzəşt müddətində yalnız faiz borclarını ödəyir. Güzəşt müddəti bitdikdən sonra isə kredit borcunu aylar üzrə bərabər hissələrlə ödəyə bilər. 

Qeyd edək ki, ötən il “Expressbank” Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində öz müştərilərinə 8 mln manat həcmində maliyyə dəstəyi edib.

Biznesiniz üçün SİF kreditinə ilkin müraciəti expressbank.az saytına keçid edərək onlayn formada edə bilərsiniz. 

“Expressbank” xidmətləri haqqında ətraflı məlumatı 132 nömrəsinə zəng edərək və ya rəsmi veb-saytından, “Facebook”, “Instagram” səhifələrindən, Bankın filiallarından əldə edə bilərsiniz.

“Expressbank” – İşiniz rahat getsin!

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri