28 
Mar
2023
15:28
41
32
2299
Virtual karabakh

“Albatros” ilə aktiv həyat tərzi - FOTO

28 Mar, 2023
15:28
2299

“Albatros” ilə aktiv həyat tərzi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fərdilik və aktuallığın ziddiyyəti müasir dəbin əsas xüsusiyyətidir. Kişi qarderobu sosial status, rahatlıq və şəxsi üslubun vəhdəti üzərində qurulub - bu üç sütunun hamısını “Albatros” premium butiklər şəbəkəsində görmək olar. “Albatros” məkanlarında “Versace Jeans Couture”, “Boss”, “Ralph Lauren”, “Michael Kors”, “Hackett London”, “Y3” və “Karl Laqerfeld” kimi dünyanın məşhur brendləri təqdim olunur. Bu brendlərdən çoxyönlü geyim seçimi müasir kişiyə nəinki istənilən hadisə və mövsüm üçün obraz yaratmaqda, həm də öz fərdiliyini üslubda ifadə etməkdə yardım edir. Çeşidimizdə hətta unikal zövqlərə uyğun “Yohji Yamamoto” ilə “Adidas” brendinin birgə yaratdığı “Y3” xətti kimi məhdud kolleksiyalar təmsil olunur.

Bu arada, sizə bahar mövsümünün aktiv həyat tərzinə hazırlanmaq üçün “Albatros” butiklərimizdə təqdim olunan yeni yaz-yay 2023 kolleksiyaları yardımçı olacaq.

“Active lifestyle” son bir neçə ilin ən “qaynar” və sağlam trendlərdən biridir. Gəzinti, bio-turizm, açıq havada idman və fəaliyyətlər həyatımızın ayrılmaz hissəsinə çevrilib – “sport-casual” üslub isə qarderobumuzda mühüm yer tutur. Bu üsluba əsasən biz, “Albatros” mağazalarımızın yeni kolleksiyasındakı həm dəbli, həm də rahat geyim və ayaqqabılardan bir neçə obraz yaradıb sizə təqdim etməyə tələsirik: buyurun, ilham alın!

Birinci obrazda biz, “Y3” kolleksiyanın “total look”unu təqdim edirik. Bu obraz, həm ailə gəzintilərində, həm idmana gedib-gəlməkdə, hətta Qərb mədəniyyətində kütləvi “haykinq”də üslubunuzu vurğulayacaq. 

İkinci təqdim etdiyimiz “total look” “Karl Laqerfeld” brendindən olan obraz müasir, özünə güvənən, müvəffəqiyyətli bir kişiyə məxsus üslubdadır. 

Üçüncü “Y3” total obrazımız bizə Yaponiyanın Zen fəlsəfəsi və Şərq yoqa mədəniyyəti ilə ilhamlanmış sakit və ahəngli düşüncə tərzindən bəhs edir.


 
Obrazların detalları ilə videoçarxda tanış olub, istədiyiniz modeli şəbəkənin mağazalarından birində əldə edə bilərsiniz. Dörd ünvandan biri sizin ev və ya ofisinizə yaxın ola bilər.

Videonu burada izləyə bilərsiniz: https://www.instagram.com/reel/Cpka7TsgfEe/?utm_source=ig_web_copy_link 

Rəşid Behbudov küç, 122B (050)2554464

Rəsul Rza küç, 3A (050)2296020

Bakıxanov küç, 26 (050)2778081

Atatürk pr-ti, 44T (050)5208047

Yenilikləri qaçırmamaq üçün, “Instagram” səhifəsini izləyin:

www.instagram.com/albatrosbaku 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri