30 
Mar
2023
13:50
51
74
857
Virtual karabakh

Dövlət Dəniz və Liman Agentliyi “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib - FOTO

30 Mar, 2023
13:50
857

Dövlət Dəniz və Liman Agentliyi “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Dəniz və Liman Agentliyi və “BOS Şelf” MMC-nin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib.

Aksiya Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun ərazisində baş tutub. Sözügedən ərazidə torpaq-iqlim şəraitinə uyğun olaraq 100 ədəd zeytun ağacı əkilib.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələrini davam etdirmək, ekologiyanı qorumaq və insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri