18 
Sen
2023
16:21
68
9
894
Virtual karabakh

İtalyan alimlər Lənkəranda yeni sağlamlıq məhsulunun yaradılması üçün memorandum imzalayıblar - FOTO

18 Sen, 2023
16:21
894

İtalyan alimlər Lənkəranda yeni sağlamlıq məhsulunun yaradılması üçün memorandum imzalayıblar - FOTO

Lənkəranın heyrətamiz təbiətində yerləşən 5 ulduzlu “Lənkərаn Springs Wеllnеss Resort” hotelinin və “PMD Hospitality Group”un idarə heyəti Azərbaycanda ilk və fərqli sağlamlıq məhsulunun yaranmasını elan etməkdən məmnundur!

Sentyabr ayının 12-də aparıcı italyan sağlamlıq və tibb ekspertləri, beynəlxalq elmi təşkilatların nümayəndələri olan professor Karmelo Rizzo və professor Yucinio Luici İorio eksklüziv qlobal tərəfdaşlıq memorandumu imzalanıb. Hər üç tərəf bu addımın formalaşmış sağlamlıq anlayışını dəyişərək tamamilə yenidən müəyyənləşdirəcəyinə əmin olduğunu bildirib.

Möcüzəli mineral suları ilə məşhur olan “Lənkəran Springs Wellness Resort”un sağlamlıq və müalicə təcrübələrində inqilabi dəyişikliklər etmək üçün, tanınmış beynəlxalq mütəxəssislərlə əməkdaşlıqla birgə, qonaqlara dərin elmi araşdırmalara əsaslanan müalicələr, sağlamlıq proqramları, hər bir qonağa fərdi yanaşma əks etdirən sağlamlıq məhsulunun yaradılmasının əsası qoyuldu.

“Həkimlər tərəfindən məsləhət və sağlamlıq müayinəsinin ilkin mərhələsindən qonaqlara xüsusi qidalanma menyularıfitnes cədvəlləriməqsədyönlü spa müalicələristresi azaldan fəaliyyətlərkosmetik qulluq və s. təqdim olunacaq. “Lənkəran Springs Wellness Resort”da yeni sağlamlıq məhsulu özündə əsl 360 dərəcə yanaşmanı və elmi cəhətdən sübut edilmiş metodları ehtiva edir”, - deyə professor Karmelo Rizzo bildirib. Qidalanma və allergiya üzrə ixtisaslaşan praktiki həkim, professor Karmelo Rizzonun müxtəlif ölkələrdə apardığı geniş araşdırma və təcrübəsi pəhriz terapiyası vasitəsilə sağlamlığın qorunması və müalicəsinə unikal yanaşmaya səbəb olub.

İtalyan mütəxəssislər qlobal tərəfdaşlığa imza atmaqdan çox məmnunuq. “Lənkəran Springs Wellness Resort”da qonaqların təcrübəsini həqiqətən qiymətləndirən öz sahəsinin liderləri ilə işləyərək, sağlamlıq sahəsində unikal məhsul yaratmaq bizim üçün çox vacibdir. Biz qonaqlarımıza fərqli, yeni bir məhsul təqdim edəcəyimizdən sevinc hissi duyuruq”, - deyə “PMD Hospitality”nin baş icraçı direktoru və İdarə Heyətinin sədri Uyqar Koçaş bildirib.

“PMD Hospitality Group”un bir hissəsi olmaqdan yanaşı, Lənkərаn Springs Wеllnеss Rеsort yeni sağlamlıq məhsulunun yaranmasından, qonaqların məmnuniyyətini daim öndə tutaraq və ölkənin seçilən hotellərindən biri olmaqdan qürur duyur.

“PMD Hospitality Group” haqqında:

PMD Hospitality Group” 2016-cı ildə Azərbaycanda və xaricdə mehmanxana və qonaqpərvərlik aktivlərini inkişaf etdirmək, əməliyyat mükəmməlliyini təmin etmək və turizm sektorunda uzun illər ərzində davamlı artımı dəstəkləmək məqsədi ilə yaradılıb.

“PMD Hospitality Group”un portfeli fəaliyyət göstərən beşulduzlu hotellər (“Chenot Palace Qəbələ”, “Qaşaltı Sağlamlıq” hoteli, “Çinar Hotel & SPA”, “Qarabağ Resort & SPA”, “Qalaaltı Hotel & SPA”, “Lənkəran Springs Wellness Resort”, “The Excelsior Hotel & Spa Baku”, “Ramada Plaza Wyndham Gəncə”, “Göy Göl Lake Resort”, “Badamdar Hotel & Residences”), lüks kurortlar (“Şamaxı Palace Sharadil”) və “Paulaner Bräuhaus Azerbaijan” (franşiza pivə zavodu) ibarətdir.

Əlavə məlumat üçün www.pmdhospitality.az saytına daxil olun.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri