18 
Sen
2023
16:33
275
36
866
Virtual karabakh

“Araz”da “Sənin musiqin, sənin DOSTun” adlı konsert proqramı təşkil olunub - FOTO

18 Sen, 2023
16:33
866

“Araz”da “Sənin musiqin, sənin DOSTun” adlı konsert proqramı təşkil olunub - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “Veysəloğlu” Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Milli Musiqi Günü ilə əlaqədar “Sənin musiqin, sənin DOSTun” adlı tədbir keçirilib. Hövsan qəsəbəsindəki “Araz” supermarketin qarşısında təşkil edilən tədbirdə mərkəzin benefisiarları və təlimçilərinin iştirakı ilə konsert proqramı və əl işlərindən ibarət sərgi nümayiş olunub.

Konsertdə həssas əhali qruplarından olan istedadlı gənclər çıxış ediblər. Tədbir iştirakçıları mərkəzin muncuqla toxuma və tikmə, təsviri incəsənət(vitraj) istiqamətləri üzrə işlərin hazırlanması prosesi, eyni zamanda sərgidəki bədii oyma, floristika, keramika, xalçaçılıq nümunələri ilə tanış olublar.

Tamaşaçılar üçün müsabiqələr keçirilib, qaliblərə “Araz” supermarketlər şəbəkəsi tərəfindən həvəsləndirici hədiyyələr və bonus kartı təqdim edilib.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri