19 
Sen
2023
12:26
26
48
1828
Virtual karabakh

“Grand Hyatt İstanbul” - şəhərin ən əyləncəli görüş yeri - FOTO/VİDEO

19 Sen, 2023
12:26
1828

“Grand Hyatt İstanbul” - şəhərin ən əyləncəli görüş yeri - FOTO/VİDEO

“Grand Hyatt İstanbul” mərkəzi yerləşməsi, qastronomik ləzzətləri və yamyaşıl bağçası ilə qonaqlarını qarşılayır. Dizaynı ilə sanki evimizdəki rahatlığı təmin edən hotel şəhərin içində ən əyləncəli görüşlərə ev sahibliyi edir.

İstanbulun ən mərkəzi və prestijli nöqtəsində yerləşən, şəhərin dinamizmini dinc mühiti ilə birləşdirən “Grand Hyatt İstanbul” qonaqlarına bu füsunkar şəhərin hər nöqtəsinə rahatlıqla çatmaq imkanı təklif edir.

Rahatlıq hissi bəxş edən dizaynı, sanki gizli bir sürpriz təqdim edən bağçaları ilə “Grand Hyatt İstanbul” xüsusi bir yerləşmə təcrübəsi yaşadır.

Hotel daxilində üç restoran və iki bar mükafatlı aşpazların hazırladığı imza reseptlərlə qonaqlarına türk və dünya mətbəxlərinin bənzərsiz dadlarını təqdim edir.

Bu qastronomiya səyahəti səhərlər zəngin bir seçim təklif edən açıq bufet səhər yeməyi ilə günə başlamağınızı təmin edir, 34 Restoranda beynəlxalq mətbəxlərin sevilən ləzzətləri “Grand Hyatt İstanbul”un xüsusi diqqəti ilə servis edilir.

İkonik hovuzun yaxınında yerləşən “Gazebo Pool Bar”da ənənəvi “serpme türk kahvaltısı”nda yerli və ləziz təamlar yer alır və arzu edən qonaqlarımız günəşli bir günün dadını hovuzda sərinləyərək çıxarır, küçə ləzzətlərinin və xəfif qəlyanaltıların dadından zövq alırlar.

“Grand Hyatt İstanbul”un yaşılın hər bir tonu ilə əhatələnmiş bağçasında yerləşən “Grasidi Gastro Garden” ləziz məzələr və zərif ləzzətləri ilə şəhəri kəşf etməkdən qayıdan qonaqlarına özlərini Egeyin sahil qəsəbəsində hiss etdirir.

Hotel İstanbulun mərkəzində xatirələrdə yer alacaq bir yerləşmə təcrübəsi və bənzərsiz ləzzətlərlə dolu unudulmaz bir şəhər səfəri üçün ən sevilən görüş yerlərindən olmağa davam edir.

“Grand Hyatt İstanbul”

“Grand Hyatt İstanbul” iki qitəni birləşdirən metropolisin mərkəzində həyəcanverici şəhər həyatı ilə təbiətə qaçışı birlikdə təqdim edir. Müasir dizayn, zövqlü və rahat  360 otağa sahib olan “Grand Hyatt İstanbul” Aralıq dənizi və türk mətbəxinin ən gözəl təamlarının təqdim olunduğu 34 Restoranı, qış aylarında xidmət göstərən “Library Bar”ı və yaz aylarında hovuz kənarında xidmət göstərən “Gazebo bar”ı ilə hotel daxilində qonaqların əyləncəli anlar keçirə biləcəyi məkanlar təqdim edir.

Açıq hovuzu və gizli bağçası ilə şəhərin içində resort ab-havası yaradan hotel 19 iclas otağı ilə konfranslar, işgüzar toplantılar, xüsusi tədbirlər və qala yeməklərinə də ev sahibliyi edir. Ətraflı məlumat üçün: www.grandhyattistanbul.com

“Grand Hyatt”

“Grand Hyatt” hotelləri böyük şəhərlərdə və turizm zonalarında əsrarəngiz memarlıq və ən son texnologiyalarla qonaqlarına yüksək səviyyədə yerləşmə təklif edir. Müxtəlif mətbəxləri özündə ehtiva edən restoranlar, barlar, spa və fitnes mərkəzləri ilə yanaşı ətraflı iş və toplantı seçimlərini də nəzərdən keçirmək üçün çoxşaxəli xidmət təqdim edir. Daha ətraflı məlumat almaq və ya rezervasiya üçün www.grandhyatt.com ünvanına daxil olun.

Telefon: +902123681234

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri