İyn
2016
13:30
34
299
10603
Virtual karabakh

Aygün Kazımovadan yeni – FOTOSESSİYA

1 İyn, 2016
13:30
10603

Aygün Kazımovadan yeni – FOTOSESSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti “Orasına-burasına” adlı yeni mahnısını təqdim edəcək.

Xalq artisti Aygün Kazımova ən yaxın zamanda “Orasına-burasına” adlı yeni mahnısını təqdim edəcək. 

Oxu.Az xəbər verir ki, mahnının söz və musiqisi Ceyhun Əliyevə, aranjimanı Rəşad Hüseynova, mix-masteri isə Yaşar Baxışa aiddir. 

Təqdim olunacaq mahnı üçün Aygün Kazımova fotoqraf Kamran Aydınovun kamerası qarşısına keçib və fərqli fotosessiya etdirib. Müğənninin görünüşü üzərində peşəkar heyət çalışıb. 

Belə ki, müğənninin saç düzümünü Umud Qasımov hazırlayıb. Aksesuarların müəllifi isə Dmitriy Turcandır.

Xalq artistinin stilinin üzərində isə uzun illərdir əməkdaşlıq etdiyi, çoxsaylı layihələrində, konsert, klip və fotosessiyalarında baş stilist olaraq çalışan Ruxa işləyib.

Aygün Kazımovanın fotosessiya üçün etdirdiyi tatularının müəllifi Əhməd Məmmədzadə, videoqrafika Nicat Fərəcova aiddir.

Oxu.Az Aygün Kazımovanın yeni fotosessiyasını və hazırlıq prosesindən olan video görüntünü təqdim edir.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri