17 
Avq
2016
10:10
40
241
3998
Virtual karabakh

İlhamə Quliyevanın anadan olmasından 73 il ötür

17 Avq, 2016
10:10
3998

İlhamə Quliyevanın anadan olmasından 73 il ötür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan və Dağıstanın Xalq artisti İhamə Quliyevanın dünyaya gəlməsindən 73 il keçir.

Oxu.Az xəbər verir ki, İ.Quliyeva 1943-cü ildə Lənkəran şəhərində anadan olub.

1964-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestri,1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyası,1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olub. 

Müğənni XX əsrin 80-cı illərində qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsünova soyadını daşıyıb. İlhamə Quliyevanın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub. Lakin, İlhamə Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb.

Xalq artisti illər sonra xalasının nəvəsi Orxan Nadirovu qeyri-rəsmi şəkildə övladlığa götürüb.

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. İkinci Fəxri xiyabanda anası, Xalq artisti Tükəzban İsmayılova və ögey atası, Xalq artisti Həbibulla Bayramovun yanında dəfn edilib. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri