29 
Avq
2016
16:55
30
200
12259
Virtual karabakh

Qohumunun ölümünə görə tutulan şəxslərdən biri müğənninin qardaşıdır

29 Avq, 2016
16:55
12259

Qohumunun ölümünə görə tutulan şəxslərdən biri müğənninin qardaşıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Aygün Bəylərin əmisi nəvəsi Elnur Hümmətovun ölümünə görə tutulan şəxslərdən biri müğənninin qohumudur.

Oxu.Az bu barədə Report-a istinadla xəbər verir ki, tutulan şəxslərdən Abbas Hümmətov Aygün Bəylərin qardaşıdır.

Qeyd edək ki, hadisə üç il əvvəl baş verib. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

E.Hümmətovun meyiti eksqumasiya edilib, qeyd edilmiş şəxslər tutulublar.

Araşdırmalar davam etdirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri