Merilin Monronun bənzəri Mardində yaşayır – FOTO + VİDEO
Merilin Monronun bənzəri Mardində yaşayır – FOTO + VİDEO
Türkiyənin Mardin şəhərində yaşayan 4 uşaq anası, evdar qadın Melek Akarmut dünyaca məşhur aktrisa Merilin Monroya bənzərliyi ilə qardaş ölkənin mediasının diqqət mərkəzindədir.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Akarmutu küçədə görən vətəndaşlar onunla fotoşəkil çəkdirmək üçün sanki bir-biri ilə yarışır. Monroya bənzədiyinə görə xoşbəxt olduğunu söyləyən Akarmut getdiyi hər yerdə aktrisanın pərəstişkarları tərəfindən maraqla qarşılandığını deyir.
Uzun illər xalça toxuduğunu, ailə qurduqdan sonra isə vaxtını bütövlükdə övladlarına ayırdığını deyən Akarmut bildirib:
“Qısametrajlı bir filmdə oynadım. Bəzi firmalar məhsul təqdimatlarında məni model olaraq istifadə etmək istəyir. Ancaq mən daha çox Monronun həyatından bəhs edən bir filmdə rol almaq istəyirəm”.
Aytən Sadıqzadə
www.oxu.az