30 
Dek
2016
14:36
46
128
7860
Virtual karabakh

“Forbes” jurnalı Avropanın ən bahalı ulduzlarının siyahısını dərc edib

30 Dek, 2016
14:36
7860

“Forbes” jurnalı Avropanın ən bahalı ulduzlarının siyahısını dərc edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Forbes” jurnalı Avropanın ən bahalı ulduzlarının siyahısını dərc edib.

Böyük Britaniyanın “One Direction” musiqi qrupu “Forbes” jurnalının versiyasına görə, Avropanın ən bahalı ulduzları reytinqində lider olub.

Oxu.Az Report-a istinadla xəbər verir ki, musiqiçilər qastrol və reklam müqavilələri sayəsində 110 milyon dollar qazanıb.

Siyahıda ikinci yeri portuqaliyalı futbolçu Kriştianu Ronaldu tutub. Onun illik qazancı 88 milyon dollar təşkil edib. İlk üçlüyü britaniyalı müğənni Adel (80,5 milyon dollar) qapayıb.

Sonrakı sıralarda isveçrəli tennisçi Roje Federer (68 milyon), Britaniyanın “The Rolling Stones” qrupu (66,5 milyon), şotlandiyalı dicey Kelvin Harris (63 milyon dollar) yer alıb.

Qeyd edək ki, daha əvvəl Skarlett Yohanssonun “Forbes” jurnalının versiyasına əsasən, 2016-cı ilin ən çox qazandıran aktyorları (aktrisaları) reytinqində lider olması xəbər verilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri