Yan
2017
16:37
70
224
16413
Virtual karabakh

Yerli məşhurlar sosial şəbəkədəki paylaşımlarına görə qınaq obyektinə tutuldular

5 Yan, 2017
16:37
16413

Yerli məşhurlar sosial şəbəkədəki paylaşımlarına görə qınaq obyektinə tutuldular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın tanınmış simalarının böyük əksəriyyəti aktiv sosial şəbəkə istifadəçiləridir.

Demək olar ki, onlar şəxsi “Instagram”, “Facebook”, “Twitter” və s. səhifərində yaydıqları klip, fotoşəkil, tənqidi fikir və müxtəlif paylaşımları ilə tez-tez gündəmə gəlirlər. Buna görə onları bəyənən, bəyənməyən, qınayan, bir sözlə, müxtəlif fikir bildirən izləyiciləri olur.

Sosial şəbəkələrdə yayılmış növbəti paylaşımlardan biri də qınaq xarakterlidir. Söhbət müğənnilər Mətanət Əsədova, Nadir Qafarzadə  Əməkdar artist Elza Seyidcahandan gedir.

Hər üç məşhur “Facebook” hesabında müxəlif şərh paylaşıb, amma hər biri eyni sözü - “səhv” sözünü düzgün yazılış qaydasında yazmayıb. Ümumiyyətlə, bir cümlədə bir neçə qrammatik səhvə yol veriblər. Məsələn, Nadir Qafarzadə “Bilinmir ki, kim kimin səhvini tutur, biabırçılıq”, Mətanət Əsədova “Səhv sözünü düz yaza bilmir, bağışlamaqdan danışır”, Elza Seyidcahan isə “Bir insanın səhvini bir dəfə bağışlayıram, çünki ikinci şansı olmur” yazmaq istədiyi halda, Azərbaycan ədəbi dilinin norma və üslublarını kobud şəkildə pozaraq aşağıdakı formada paylaşım edib. Bu isə yenə də sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri