Yan
2017
12:45
128
86
4304
Virtual karabakh

ABŞ şou-biznesinin ulduzları Barak Obamanın vida şənliyində iştirak ediblər

7 Yan, 2017
12:45
4304

ABŞ şou-biznesinin ulduzları Barak Obamanın vida şənliyində iştirak ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səlahiyyətlərinin icrası başa çatmaqda olan ABŞ prezidenti Barak Obama bu gün Ağ Evdə keçirilən vida şənliyinə şou-biznes ulduzları da dəvət edib.

Oxu.Az Report-a istinadlan xəbər verir ki, bu barədə CNN telekanalının prodüseri Batsi Klyayn “Twitter” səhifəsində yazıb.

Prodüser bildirib ki, B.Obamanın prezident vəzifəsindən gedişi ilə əlaqədar Ağ Evdə təşkil edilən şənliyə müğənni Beyons və onun həyat yoldaşı, reper Jay-Z, məşhur amerikalı teleaparıcı Opra Uinfri, aktyorlar Samuel L.Cekson Bredli Kuper, müğənni və bəstəkar Stivi Uander, Oskar qazanan aktrisa Merip Strip və başqaları dəvət edilib.

Xatırladaq ki, B.Obamanın səlahiyyətləri yanvarın 20-də başa çatır. Elə həmin gün yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimi keçiriləcək.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri