Yan
2017
12:50
29
73
9571
Virtual karabakh

Damla: Oğlumun atası terrorçu deyil

7 Yan, 2017
12:50
9571

Damla: Oğlumun atası terrorçu deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün müğənni Damlanın eks-həyat yoldaşının terrorçu olmağı barədə məlumat yayılıb.

Bildirilib ki, Ceyhun Əliyev adlı şəxs Əbu Bəkr məscidinin partladılmasında ittiham edilərək həbs olunub. Hətta, sənətçinin qardaşının qruplaşma ilə əlaqəli olduğu və hazırda axtarışa verildiyi iddia edilib.

Oxu.Az bu barədə Qafqazinfo-ya istinadla xəbər verir.

Müğənni mətbuatda dərc edilən məlumatların yalan olduğunu deyib:

“Terror nədir? Allaha and olsun ki, belə bir şey yoxdur. Yazıda qeyd olunub ki, bu yaxınlarda boşanmışam. Mən 8-9 ildir həyat yoldaşımdan ayrılmışam. Qardaşım da axtarışda deyil. Bir şeyi düzgün yazıblar ki, Ceyhun Əliyev mənim keçmiş həyat yoldaşım olub.

Həbsxanadadır, ancaq terrorla bağlı tutulmayıb. Tamam başqa bir maddə ilə həbs olunub. Mənim oğlum saytları oxuyur, ona pis təsir edir. Oğlumun atası terrorçu deyil”.

Qeyd edək ki, xəbəri ilk dəfə ölkə.az saytı yayıb. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri