10 
Yan
2017
15:36
27
452
7216
Virtual karabakh

“Formula 1” yarışları ilə əlaqədar üç günlük konsert olacaq

10 Yan, 2017
15:36
7216

“Formula 1” yarışları ilə əlaqədar üç günlük konsert olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu il keçiriləcək “Formula 1” yarışları ilə əlaqədar Dənizkənarı Milli Parkda üç günlük konsert olacaq”.

Oxu.Az xəbər verir ki, bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ASAN Radio ilə müqavilənin imzalanması mərasimində deyib.

Nigar Arpadarai bildirib ki, konsert iyunun 23, 24, 25 baş tutacaq.

“Konsert proqramında dünya ulduzlarının iştirakı gözlənilir. Bilet alanlar 22 iyun tarixindən Bulvarda təşkil ediləcək “Formula 1”-in “Əyləncə zonasına” sərbəst daxil olacaqlar . Onlara trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq imkan veriləcək”.

Qeyd edək ki, “Formula 1” dünya çempionatının təqvimində Bakıda keçiriləcək yarış “Azərbaycan Qran-Prisi” adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri