11 
Yan
2017
13:20
19
260
12709
Virtual karabakh

Azərbaycanlılar evlilik verilişindən nə qədər qazanır?

11 Yan, 2017
13:20
12709

Azərbaycanlılar evlilik verilişindən nə qədər qazanır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur evlilik proqramları hər zaman insanlar tərəfindən müzakirə olunur. Bu cür proqramlar reytinqdə ön sırada olmaqla yanaşı böyük qalmaqallarla da tez-tez gündəmə gəlirlər.

Oxu.Az-ın Qafqazinfo-ya istinadla xəbərinə görə, izdivac verilişlərində ən çox müzakirə olunan məsələ isə iştirakçıların tamaşaçının inandığı kimi yox, əslində ssenariyə uyğun olaraq özünü aparmasıdır. Demək olar ki, hər həftə Türkiyədə bu tipli verilişlərə azərbaycanlılar da qatılır. Artıq elə bir izdivac proqramı yoxdur ki, orada türklərlə yanaşı, azərbaycanlı namizədlər də oturmasın.

Maraqlıdır ki, Türkiyə mətbuatının apardığı araşdırmaya əsasən, namizədlər Zühal Topal və ya Esra Erolun proqramlarına təkcə məşhurluğa görə yox, məhz həftəlik maaş müqabilində qatılırlar.

Ən çox Zühal Topalın aparıcılıq etdiyi proqramda bu cür halların baş verdiyi qeyd edilib.

Sözügedən proqramdan çıxan şəxslər dəfələrlə mətbuata açıqlama verərək verilişin saxta olduğunu, iştirakçıların model agentliklərindən seçildiyini bildiriblər.

Bundan əlavə, müqavilə şərtləri isə namizədlərin istəyinə uyğun seçilir. Belə ki, onlar arasında sürücü istəyən, ayda bir dəfə başqa ölkəyə istirahətə getmək eşqinə düşən, gündəlik benzin xərci tələb edənlər var. Həftəlik ödənişlər isə tanınmış və qalmaqallı iştirakçılara görə dəyişir. Məsələn, bir neçə evlilik verilişinə transfer olan Hanifə adlı gəlin namizədi həftəlik 5 min TL qazanır.

Təkcə bəy-gəlin namizədlərinə yox, efirdə şərh bildirən şəxslərə də pul verilir. Onlar 
gündəlik 50-200 türk lirəsi dəyərində qonorar alırlar. İştirakçıların aldığı maaş 3500-9000 arası dəyişir.

İzdivac verilişində azərbaycanlı gəlin namizədi Naz Milana isə kifayət qədər qalmaqallı və verilişin əsas qəhrəmanlarından biridir. Onun verilişdə göstərdiyi “şou”lardan hər kəsin məlumatlıdır. Hətta, bahalı gəlin namizədi digər evlilik verilişlərinin diqqətində olub. Naz bir neçə verilişlərə transfer olsa da, onun son dayanacağı Zühalın proqramıdır.

Bundan əvvəl dəfərlər verilişdə azərbaycanlı modellər də iştirak edib. Onlardan Fatimə, Esmiranı, Əli Əkbəri misal çəkə bilərik. Onların izdivac verilişinə model agentlikləri vasitəsiylə qatılması və qonorar alması istisna edilmir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri