11 
Yan
2017
16:27
44
209
17087
Virtual karabakh

“O səs Türkiyə”də mübarizə aparan azərbaycanlıların videomüraciəti

11 Yan, 2017
16:27
17087

“O səs Türkiyə”də mübarizə aparan azərbaycanlıların videomüraciəti

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“O səs Türkiyə”də mübarizə aparan Pərvaz İbrahimli ilə Mehman Tağıyev həmyerlilərimizə videomüraciət ünvanlayıb.

Oxu.Az xəbər verir ki, ifaçılar sosial şəbəkədə video paylaşaraq yarışmanı tərk edən digər azərbaycanlıların qərəzli açıqlamalarına münasibət bildiriblər.

“Xəbərləri oxuyuruq, yazırlar ki, azərbaycanlıları sıxışdırırlar, onları qəsdən bir qrupa salırlar. Yarışmadır, heç kim heç kimi sıxışdırmır. Təəssüf edirik ki, azərbaycanlı dostlarımız müsabiqəni tərk etdilər.

Onu da demək lazımdır ki, 6 nəfər səhnəyə çıxanda bizi - iki azərbaycanlını saxladılar, 4 türkü müsabiqədən uzaqlaşdırdılar. Sizdən xahiş edirik ki, rəy bildirərkən bizi də düşünün”.

A.S.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri