13 
Mar
2017
15:52
27
57
8728
Virtual karabakh

Aynur Dadaşova qalmaqallı videosu barədə açıqlama verdi – VİDEO

13 Mar, 2017
15:52
8728

Aynur Dadaşova qalmaqallı videosu barədə açıqlama verdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yayılan video haqda ilk və son dəfə danışıram. O görüntülər 15 il öncə qeydə alınıb. Bunu yayanların məqsədi bəllidir. Bu video niyə dünənə kimi yayılmırdı? Mən səhnəyə qayıtdım, kimlərinsə yerini dar etdim. Onlar da bu görüntüləri yaydılar”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Instagram” hesabında müğənni Aynur Dadaşova sosial şəbəkələrdə müzakirələrə səbəb olan qalmaqallı videosundan bəhs edərkən yazıb.

“Bilin ki, mən öz yerimə gəlmişəm. Gəlişim daimidir. Kiminsə yerini tutmağa gəlməmişəm. Dünənki sənətçi də deyiləm. Mən Aynur Dadaşovayam. Öz taxt-tacımdayam. Kimsə məni həzm edə bilmirsə, öz işidir. Mənim ucuz reklama, qalmaqala ehtiyacım yoxdur. Sənəti olan, özünə güvənən meydana buyursun”, - o əlavə edib.

Xatırladaq ki, sözügedən video aparıcı Sərxan Kərəmoğlunun 15 il əvvəl “Space”də yayımlanan verilişində lentə alınıb. 

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri