15 
Mar
2017
22:02
55
19
7777
Virtual karabakh

Funda Arar Günay İbrahimlinin mahnısını oxudu – VİDEO

15 Mar, 2017
22:02
7777

Funda Arar Günay İbrahimlinin mahnısını oxudu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli müğənni Funda Arar “Aşk hikayesi” adını verdiyi albomunu bu gün təqdim edib.

Oxu.Az-ın Axşam.az-a istinadla məlumatına görə, albomda türk bəstəkarlarla yanaşı, Azərbaycan mahnısı da yer alıb. Belə ki, Funda Arar Günay İbrahimlinin “Sən məndən gedən gündən” adlı mahnısını oxuyub.

Sözləri Fərdi Quliyev, musiqisi isə Tərlan Məmmədhüseynova aid olan mahnıya Funda “Sen benden gittiyinde” adını verib. Disk cümə günündən satışda olacaq. 

Məsələ ilə bağlı G.İbrahimli açıqlama verib. O bildirib ki, mahnıya görə həm ondan, həm də müəlliflərdən icazə alınıb:

“Funda Ararın səsini, sənətini bəyənirəm. Mən də, müəllif də razılıq verib. Düşünürəm ki, ifası əla alınıb”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri