17 
Mar
2017
10:57
120
445
5634
Virtual karabakh

Türkiyədə Azərbaycanın ən yaxşı teleaparıcısı seçildi – VİDEO

17 Mar, 2017
10:57
5634

Türkiyədə Azərbaycanın ən yaxşı teleaparıcısı seçildi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səni axtarıram” verilişinin layihə rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızı Türkiyədə beynəlxalq mükafata layiq görülüb.

Oxu.Az-ın Ölkə.Az-a istinadən məlumatına görə, o, qardaş ölkədə Azərbaycanın ən yaxşı televiziya aparıcısı seçilib. Mükafatlandırma mərasiminə həyat yoldaşı, müğənni Doğuş ilə birlikdə iştirak edən aparıcı övladlarının vətənindən mükafat almağın onun üçün çox önəmli olduğunu diqqətə çatdırıb:

“Ən böyük iki mükafatı Azərbaycanda media sektorunda xidmətlərimə görə Prezident tərəfindən almışam. Ancaq bu mükafat da mənim üçün çox önəmlidir. Çünki qardaş Türkiyədən, uşaqlarımın vətənindən aldığım mükafatdır. Allah türkü qorusun!”.

Mükafatlandırma mərasimindən sonra X.Hidayətqızı təəssüratlarını belə paylaşıb:

“Səni axtarıram” ağır layihədir. Bu proqramın Türkiyədə də belə qiymətləndirilməsi bu layihəni 7 il əvvəl yaradan biri kimi mənim üçün çox qürurvericidir. “Səni axtarıram” heyətini təbrik edirəm. Bu mükafatı onlar üçün almışam. Proqramın yaranmasında əməyi keçən hər kəsə minnətdaram”.


A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri