20 
Mar
2017
13:00
148
191
14349
Virtual karabakh

Məşhurlar və övladları Novruz fotosessiyasında

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün Novruz bayramı qeyd edilir.

Oxu.Az xəbər verir ki, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir.

Qeyd edək ki, bahar fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə təxminən saat 14:29-da qədəm qoyacaq.

Novruz bayramı münasibətilə Azərbaycanın tanınmış simaları və onların övladları ilə hazırladığımız fotosessiyanı təqdim edirik.

Lalə Azərtaş - “ATV Xəbər”in aparıcısı. 2015-ci “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Teleaparıcı qızları ilə.

 Gülarə - 11 yaş.

 Solmaz - 8 yaş.

Aysel Nazim - “Space” televiziyasında hava xəbərlərinin aparıcısı. Bir neçə yerli serialda və türkiyəli müğənni Barış Kömürcüoğlunun klipində rol alıb.

Teleaparıcı 7 yaşlı oğlu Hakan Efe Can ilə.

İlham Kərimli - Azərbaycan, hind və ərəb rəqslərin mahir ifaçısı, “Buta” rəqs ansamblının rəhbəri. Bir çox televiziya müsabiqələrində, o cümlədən “7-17”-də, “İstedadlar sorağında” qalib olub.

Rəqqas 6 yaşlı oğlu Yusif ilə.

Röya Əliyeva - Dövlət Rəqs Ansamblının solisti.

Rəqqasə 9 yaşlı qızı Məryəm ilə.

Rəşad Əhmədov - taekvondoçu. 2 qat Dünya Çempionatının bürünc medalçısıdır. Azərbaycanı 2004 və 2008 Yay Olimpiya Oyunlarında təmsil edib.

İdmançı övladları ilə.

Ömər - 10 yaş.

Nuray - 7 yaş.

Mili geyimlərə görə rəqqas İlham Kərimliyə minnətdarlığımızı bildiririk. Əlaqə nömrəsi: (+99455) 255 17 12.

Məkanə görə “Fisincan” restoranının rəhbərliyi və kollektivinə təşəkkür edirik. Əlaqə nömrəsi: (+99470) 877 87 27.

Əziz oxucularımız, bayramınız mübarək!

Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az

Digər Şou-biznes xəbərləri