29 
Mar
2017
22:02
13
136
9533
Virtual karabakh

Svetlana Zeynalova qızının xəstələyindən danışdı – FOTO

29 Mar, 2017
22:02
9533

Svetlana Zeynalova qızının xəstələyindən danışdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İradə Zeynalovanın kiçik bacısı, aparıcı Svetlana Zeynalova autizmdən əziyyət çəkən qızı Aleksandraya tərbiyə verilməsində çətinliklərlə üzləşdiyini etiraf edib.

Oxu.Az-ın məlumatına görə, aparıcı bildirib ki, hətta elə bir vaxt olub ki, o, hər şeydən əlini üzüb.

“İlk illər çox çətin oldu. Qızım mənə qulaq asmırdı, bir-birimizi başa düşmürdük. Onun növbəti tutmasından sonra mən təslim oldum: döşəməyə oturub ağlamağa başladım. O, isə ağladığımı görüb yaxınlaşdı və məni qucaqladı. Bununla da anladım ki, qızım məni görür, eşidir və başa düşür”, - aparıcı qeyd edib.

Zeynalova iddia edir ki, qızının diaqnozu barədə yalnız onun cəmiyyətdə düzgün qəbul edilməsi üçün danışıb. 

“Bunu yalnız Saşanın münasibətdə olduğu insanların onu qəbul etməsi üçün, cəmiyyət və dövlətin onun qarşısında olan məsuliyyəti dərk etməsi üçün açıqladım”, - Svetlana qeyd edib.

Aparıcı bildirib ki, qızının çətin xarakterə malik olması barədə hər kəsə ayrılıqda danışmaq onu bezdirib: 

“Belə çıxır ki, sən öz qızından utanırsan, böyük problemlə yaşamağa məcbur olduğunu etiraf etməyə qorxursan”.

Svetlana bildirib ki, bir müddət sonra qızı insanlarla ünsiyyət qurmağı öyrənib və hətta özünə yeni dostlar tapıb:

“Lakin o, daima psixiatrlarla işləməyə məcburdur”.

Svetlana mütəxəsisslərə böyük pul xərclədiyini də vurğulayıb. 

Qeyd edək ki, Aleksandranın yeddi yaşı var. Svetlananın əri Aleksey Qlazatov 2012-ci ildə ailəni tərk edib. Aparıcının yeni sevgilisi uşaqla yaxşı münasibətdədir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri