13 
Apr
2017
22:50
283
49
4260
Virtual karabakh

Rusiya “Eurovision - 2017”-də iştirak etməyəcək

13 Apr, 2017
22:50
4260

Rusiya “Eurovision - 2017”-də iştirak etməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Yayım Şurası rəsmi olaraq bəyan edib ki, Rusiya “Eurovision - 2017” mahnı müsabiqəsində iştirak etməyəcək.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bu bəyanat mahnı müsabiqəsinin rəsmi saytında yerləşdirilib.

Təşkilatın nümayəndələri vurğulayıblar ki, Rusiyanın bu müsabiqədə iştirak etməsinə şərait yaradacaq həll yollarını tapmağa cəhd ediblər. Bəyanatda qeyd olunur ki, Rusiyaya müxtəlif variantlar təqdim olunub: 

“Rusiyalı iştirakçı Yuliya Samoylovaya videokörpü vasitəsi ilə müsabiqəyə qoşulmaq təklifi edilib. Bundan başqa, təşkilat komitəsi iştirakçını başqası ilə əvəz etməyi də təklif edib. Lakin hər iki variant Rusiyanın “Birinci kanalı” vasitəsi ilə rədd olunub. Kanalın rəhbərliyi qeyd edib ki, “Eurovision - 2017” mahnı müsabiqəsini yayımlamayacaq. Bu o deməkdir ki, Rusiya müsabiqədə iştirak edə bilməyəcək”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri