14 
Apr
2017
12:39
70
366
15597
Virtual karabakh

Azərbaycanlı məşhuru toyda döyüblər

14 Apr, 2017
12:39
15597

Azərbaycanlı məşhuru toyda döyüblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bacanaqlar”, “Qız atası” və digər seriallardakı obrazları ilə tanınan aktyor Teymur Məmmədov tamada kimi iştirak etdiyi toyda döyülüb.

Oxu.Az bu barədə yeniçağ.az-a istinadla xəbər verir.

“Tamada kimi toylara da gedirəm. Amma məclislərdə o qədər qan qaraldan hadisələrlə rastlaşıram ki, bəzən getdiyimə də peşman oluram.

Toy məclislərinin birində bir kişi sağlıq dedi ki, o gün olsun torpaqlarımız işğaldan azad olsun. Bir nəfər yekəpər kişi üstümə yeridi ki, sən nə danışırsan? Səhv anlamışdı, elə bilmişdi ki, torpaqların ermənilər tərəfindən alınmasını arzulayıb. Həm də ona elə gəlib ki, o sözü mən demişəm. Çənəmə bir yumruq vurdu, gözlərim qaraldı. Ortalıq qarışdı, ev yiyəsi gəldi, kişini güclə aralayıb apardılar”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri