17 
Apr
2017
14:33
292
35
9405
yuxarı
“Qarabağ klanı”na zərbə: Ermənilər Azərbaycanı dəstəklədi – VİDEO
17 Apr, 2017
14:33
9405
292
35
“Qarabağ klanı”na zərbə: Ermənilər Azərbaycanı dəstəklədi – VİDEO
Beynəlxalq mahnı müsabiqəsi “Eurovision”un Ermənistan üzrə rəsmi fan klubu (OGAE) səs nəticələrini açıqlayıb.
Oxu.Az-ın lent.az-a istinadən məlumatına görə, səs nəticələrinə əsasən, erməni fanları daha çox İsveç, Belçika və Fransa təmsilçilərinin ifa etdiyi mahnını bəyəniblər.
Hazırda Azərbaycan və Ermənistan arasında münasibətlər tam başqa fonda olsa da qonşu ölkənin bəzi nümayəndələri Azərbaycanı “Eurovision - 2017”-də təmsil edəcək Diana Hacıyevanın ifasında səslənən mahnını bəyəndiyini etiraf ediblər.
Buna baxmayaraq əminliklə demək olmaz ki, Diananın erməni fanları yarışma zamanı birbaşa olaraq səsini ona verəcəklər.
Ancaq musiqi sərhəd tanımır. Ekspertlər bunu ermənilərin “Qarabağ klanı”na böyük zərbə hesab edir.
A.S.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək