14 
May
2017
16:44
214
510
84887
Virtual karabakh

“Eurovision” səhnəsində qalmaqal: Səhnəyə çıxıb soyundu – VİDEO (18+) + YENİLƏNİB

14 May, 2017
16:44
84887

“Eurovision” səhnəsində qalmaqal: Səhnəyə çıxıb soyundu – VİDEO (18+) + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Arsen Avakov ötən gün “Eurovision-2017”də baş verən xoşagəlməz hadisəylə bağlı açıqlama verib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, həmin şəxs artıq tutulub:

“O, Ukrayna vətəndaşıdır. 200 milyon tamaşaçı qarşısında bu hərəkəti edən şəxs məhkəməyə qədər 72 saatlıq saxlanılıb. Tutulan zaman həmin şəxs polisə müqavimət göstərib. Onun haqda ağır xuliqanlıq maddəsi ilə cinayət işi açılıb”.

Avakov qeyd edib ki, həmin “azarkeş”i cərimədən 5 il azadlıqdan məhrumetməyə qədər cəza gözləyir.

Xatırladaq ki, fasilə zamanı yarışmanın ötənilki qalibi Camala səhnədə olarkən Avstraliya bayrağı ilə onun yanına qalxan şəxs anidən arxasını tamaşaçılara çevirərək şalvarını aşağı çəkib.

10:55

Kiyevdə baş tutan “Eurovision 2017” mahnı müsabiqəsinin final şousunda səhnəyə çıxan bir oğlan hər kəsi təəccübləndirib.

Oxu.Az Axsham.az-a istinadən xəbər verir ki, gecədə müsabiqənin ötənilki qalibi Camala səhnəyə çıxıb.

Onun ifası zamanı azarkeşlərdən biri Avstraliya bayrağı ilə oynaya-oynaya səhnəyə qalxıb. Oğlan Camalanın yanına gələrək qəfildən arxasını tamaşaçılara çevirib və şalvarını aşağı çəkib. Mühafizəçilər dərhal oğlanı səhnədən uzaqlaşdırıblar.

Avstraliya tərəfi rəsmi qaydada vətəndaşın bu hərəkətinə görə üzr istəyib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri