17 
May
2017
16:35
32
191
10658
Virtual karabakh

Abbas Bağırov ikinci dəfə kiminlə evlənir?

17 May, 2017
16:35
10658

Abbas Bağırov ikinci dəfə kiminlə evlənir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Abbas Bağırov subaylığın daşını atmaq qərarına gəlməsi haqda xəbər vermişdik.

Oxu.Az-ın Qafqazinfo-ya istinadla məlumatına görə, müğənninin mayın 24-də toyu olması barədə xəbəri yayılsa da, sənətçi ayın 23-də nikah bağlayacaq.

Milli adət-ənənəyə uyğun olaraq, iki toy olacaq. Qız toyu Gəncədə baş tutacaq. Oğlan məclisi isə Bakıdakı məşhur restoranların birində keçiriləcək. Bağırovun öz qohumu ilə münasibətini rəsmiləşdirəcəyi deyilir. İkinci toy gəlinsiz baş tutacaq.

Bu məqamda qeyd edək ki, bu, Abbasın ikinci nikahıdır. Onun birinci evliliyindən qız övladı var.

Bundan əlavə, Əməkdar artistin mediada dəfələrlə nişanlanması barədə xəbər yayılıb, lakin sənətçi yayılan xəbəri qətiyyətlə təkzib edib.

Hətta Bağırov bir neçə gün bundan əvvələ kimi toy xəbərini belə yalanlayıb. O, big.az saytına açıqlamasında “O qədər bu barədə sual verdilər ki... Artıq mən də bezdim. Məcbur olub, bu xəbəri təsdiqlədim. Xəbər çıxar-çıxmaz evdən zəng vurdular ki, qız evində toydur, oğlan evinin xəbəri yoxdur?”, - deyə bildirib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri