18 
May
2017
15:45
91
242
14150
Virtual karabakh

Azərbaycanlı model ölümlə təhdid olunur – FOTO

18 May, 2017
15:45
14150

Azərbaycanlı model ölümlə təhdid olunur – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATV-nin “Özünə bax” dəb layihəsi, “Miss Bikini of Baku” model müsabiqəsi və Türkiyənin “TV 8” telekanalının “Bu tarz benim” layihəsinin qalibi Merilin Rzayeva Yeniçağ.az-a müsahibə verib.

Oxu.Az xəbər verir ki, o, xoşagəlməz təkliflər aldığını və ölümlə hədələndiyini söyləyib.

“Vəzifəli şəxslər, iş adamları deyirlər ki, birgünlük məşuqəm ol. Əlbəttə ki, buna görə pul təklif edirlər. Mən təklifləri qəbul etmədiyim üçün həmin adamlar tərəfindən hədələnirəm. Qızım var, uşağıma görə çox qorxuram. Övladımla şantaj edirlər. Deyirlər, yoxsa səni də, qızını da öldürərik. Təhdidlərdən bezmişəm”, - deyə model vurğulayıb.

“Rəsmən ailəliyəm, amma bu evlilik çoxdan bitib. Yaxşı bir insan tərəfindən evlilik təklif gəlsə, ailə quracağam. Amma birgünlük sevgili olmaq mənə görə deyil. Evli kişilərlə münasibət qurmuram”, - deyə o, sözlərinə əlavə edib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri