19 
May
2017
09:41
48
230
63919
Virtual karabakh

Ölüm xəbəri yayılan azərbaycanlı müğənni tanınmaz halda – FOTO

19 May, 2017
09:41
63919

Ölüm xəbəri yayılan azərbaycanlı müğənni tanınmaz halda – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir zamanlar şou-biznesdə öz açıq-saçıqlığı və çılpaq şəkilləri ilə gündəmdə olan Bagira türkiyəli vətəndaşa ərə getdiyini və Türkiyəyə köçdüyünü deyirdi. Şayiələr öz təsdiqini tapmamış ifaçının uzun müddət QİÇS xəstəliyindən əziyyət çəkdiyi və buna görə də dünyasını dəyişdiyi xəbəri yayıldı.

Oxu.Az big.az-a istinadən bildirir ki, məhz bu xəbəri də prodüser Mikayıl Hüseynov sosial şəbəkədə təsdiqləmişdi.

“2011-ci ildə Bagiranın ölüm xəbəri yayılmışdı. Onunla işbirliyinə son qoyduğum üçün elə bilirdi ki, bu məlumatı qəsdən mən yaymışam. Türkiyədə olan yaxın dostum bu gün mənə zəng etdi ki, Bagira, yəni Aynurə dünyasını dəyişib. Bir vaxtlar müğənni kimi çalışan xanım bu dəfə doğrudan da vəfat edib. Çox pis oldum. Allah rəhmət eləsin! Elə bir insanam ki, kimliyindən asılı olmayaraq, mənə yaxşılıq edən heç kimi unutmuram. Mənə bir az da olsun yaxşılıq edənin də hörmətini saxlayıram”, - deyə o şərh yazmışdı.

Çox keçmədi ki, bu xəbərin də yalan olduğu ortaya çıxdı.

Sağ və salamat olan Bagira ifaçılığın daşını atıb. Dodağı və burnunda bir neçə dəfə estetik əməliyyat keçirən xanım tanınmaz haldadır. Saçlarını sarı rəngə boyadan keçmiş ifaçı, hətta səhnə adından da imtina edib. O, indi əsl adı (Sevda) ilə sevdiyi şəxslə vətəndaş nikahındadır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri