İyn
2017
14:24
256
32
9197
Virtual karabakh

“America Got Talant”a qatılan azərbaycanlı: Qorxulu olduğu üçün efirə vermədilər

7 İyn, 2017
14:24
9197

“America Got Talant”a qatılan azərbaycanlı: Qorxulu olduğu üçün efirə vermədilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Növbəti mərhələyə keçdik. Bu yarışmadan əvvəl, 2015-ci ildə Ukraynada keçirilən istedad yarışmasında iştirak etmişik, finalçı olmuşuq. Bacarığımıza görə Ukrayna Federasiyası tərəfindən dünya rekordlar kitabına düşmüşük”.

Oxu.Az xəbər verir ki, bu sözləri Qafqazinfo-ya “America Got Talant”ın azərbaycanlı iştirakçısı Laçın Pəhləvanoğlu bildirib. O, qardaşı Hüseyn Pəhləvanoğlu ilə birgə növbəti mərhələyə vəsiqə qazandığını vurğulayıb:

“Birinci turu keçmək çətin oldu. Yəni, bizim ağlımız Ukraynaya getdi. Orada elə nörmələrlə çıxış etdik ki… Düşündük ki, Amerika bundan da güclüsünü sevər. Amma yox, bizim bir neçə nömrəmiz qorxulu olduğu üçün efirə vermədilər. İkinci tura az qorxulu nömrələr hazırlayırıq”.

İştirakçı Qubada atasının adını daşıdığı idman klubunda məşqçi kimi çalışdığını söyləyib:

“Qubada yaşayırıq, 20 ildən artıqdır ki, atamızın adını daşıyan “Pəhləvan Əli” idman klubunun məşqçiləriyik. Atamız Əli, əmimiz Qəmbər Dağıstanın Xalq pəhləvanları olub. Üç qardaşıq. Böyük qardaşım Həsən, ikinci mən, üçüncü isə Hüseyndir. Elə üçümüz də bu peşə ilə məşğuluq. Həsən Rusiyada yaşadığı üçün yarışmada ikimiz iştirak etdik”.

Laçın bildirib ki, onların hədəfi Ginnesin rekordlar kitabına düşməkdir: “Dünyanın qeyri-adi istedad axtarışında olan şoularından xəbərimiz var, əsas fikrimiz də ölkəmizi təmsil etməkdir və Ginnesin rekordlar kitabına düşməkdir. Bizi bütün şouların özləri dəvət edirlər. Hər mövsüm 4-5 ölkədən dəvət alırıq, seçim edirik, reytinqlilərin təklifinə müsbət cavab veririk. Dəvət aldığımız ölkələrə xərcləri öz şəxsi cibimizdən veririk. Lakin dəvət edən ölkələr var ki, müəyyən qədərini və ya hamısını qarşılayır”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri