İyl
2017
11:55
77
92
10280
Virtual karabakh

Tanınmış teleaparıcıdan yeni layihə - FOTO

5 İyl, 2017
11:55
10280

Tanınmış teleaparıcıdan yeni layihə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yay fəslinin qızmar aylarını yaşamağımıza baxmayaraq, teleaparıcı Aysel Nazim artıq yay istirahətini tamamladığını və yeni layihə üzərində çalışdığını  bildirib.

Oxu.Az-a müsahibə verən A.Nazim 12 günlük istirahətin ona lazım olan enerjini toplamağa kömək olduğunu deyib.

“Oğlum Hakan ilə Türkiyə və Yunanstanda istirahətdə idim. Türkiyədə İstanbul, Kocaeli, İzmir, Çeşme kimi gözəl məkanlarda dincəldik. Daha sonra Yunanıstana yollandıq. Səfərimizə paytaxt Afinadan başlayıb, Maykonos adası, Santorini və Siros adasına kimi davam etdik. Bir ana üçün oğlu ilə birlikdə istirahət etməkdən gözəl nə ola bilər?  Hər getdiyimiz yerdə oğluma oranın tarixi haqda məlumat verirdim ki, uşaqlıqdan dünyagörüşlü olsun”.

Teleaparıcı yaxın günlərdə yeni layihə ilə tamaşaçıların qarşısına çıxacağını da əlavə etdi: “Tam enerji ilə işə başlamışam. Artıq yeni verilişimizin povilyonu tam hazırdır. Bundan başqa, veriliş üçün Türkiyədə də çəkilişlər olub. İnşallah, növbəti proqram ilə bu ay tamaşaçıların qarşısına çıxacağam”.

Qeyd edək ki, Aysel Nazim hazırda “Space” telekanalında Milli Olimpiya Komitəsinin dəstəyi ilə nümayiş olunan “İdman hamı üçün” verilişinin aparıcısıdır.

Aytən Sadıqzadə
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri